Rusiya səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə
çağırılıb.
TASS xəbər verir ki, bu barədə Polşa XİN-dən məlumat verilib.
Bildirilib ki, Rusiyadan Polşa ərazisinə iki raketin düşməsi ilə
əlaqədar rus diplomata etiraz notası təqdim edilib.
Xatırladaq ki, noyabrın 15-də Polşanın Ukrayna ilə sərhəddən 5 km
məsafədə yerləşən Pşevodov kəndinə iki raket düşüb. Hadisə
nəticəsində 2 nəfər ölüb. NATO üzvü olan Polşanın ərazisindəki
partlayışın Rusiyanın ötən gün Ukraynaya genişmiqyaslı hava hücumu
ilə əlaqədar olduğu güman edilir.