Rusiya MN: Polşaya Ukraynaya məxsus S-300 sistemlərinin elementləri düşüb
Polşaya Ukraynaya məxsus S-300 sistemlərinin elementləri düşüb.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Əlavə olunub ki, mütəxəssislər Polşadakı partlayış yerindən çəkilmiş görüntülərdə raket parçalarının Ukraynaya məxsus S-300-ün elementləri olduğunu müəyyən ediblər.

Qeyd edək ki, dünən Polşanın Ukrayna ilə sərhəddə yerləşən Pşevoduv yaşayış məntəqəsinə raket düşüb, nəticədə iki nəfər ölüb.

Polşa məlum insidentin baş verməsində Rusiyanı günahlandırıb.

Mənbə: apa.az

Print ელ. ფოსტა
თეგები: Polşa raket Rusiya Ukrayna
FaceBook Twitter Google