“Taxıl sazişi”nin müddəti uzadılacaq”.
Bunu Ukraynanın infrastuktur naziri Oleksandr Kubrakov tviterdə
yazıb.
O bildirib ki, sazişin vaxtı daha 120 gün artırılacaq.
Nazir, həmçinin BMT-nin Baş katibi Antonio Quterreşə, Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkiyənin milli müdafiə naziri
Hulusi Akara təşəkkür edib:
“Quterreş, Ərdoğan və Akar
qolobal ərzaq böhranı ilə mübarizədə daha bir mühüm addım
atdı”.
Xatırladaq ki, “Taxıl sazişi”nin vaxtı noyabrın 19-da başa
çatır.
Qeyd edək ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və
gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb.
Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından
taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və
BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi
silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna
etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə
tutulub.