Tarixi təcrübə göstərir ki, münaqişələr əbədi davam edə bilməz.
Bu barədə Prezident İlham Əliyevin Asiya Siyasi Partiyaları
Beynəlxalq Konfransının (ICAPP) Bakı şəhərində keçirilən
“Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların
rolu” mövzusunda xüsusi konfransının iştirakçılarına
müraciətində bildirilib.
“Azərbaycanla Ermənistan arasında da beynəlxalq hüquqa, ədalət
prinsipinə əsaslanan sülhün, təhlükəsizliyin təmin edilməsi dövrün
və zamanın tələbidir. Bu baxımdan, siyasi partiyaların beynəlxalq
sülhə və təhlükəsizliyə töhfə vermək məqsədilə bilik və
təcrübələrinin mübadiləsi, əməkdaşlıq imkanlarının
genişləndirilməsi təqdirəlayiqdir”, - dövlət başçısı
vurğulayıb.