İranda etiraz aksiyalarında 40 xarici vətəndaş həbs edilib
İranda etiraz aksiyalarında 40 xarici vətəndaş həbs edilib.

Bunu İranın Məhkəmə Sisteminin sözçüsü Məsud Setayişi deyib.

O bildirib ki, son etiraz aksiyalarında 40 əcnəbi iştirak edib və onlardan bəziləri hətta küçələrdə aktiv iştirakçı olublar.

Setayişi Fransadan olan iki nəfərin casusluq ittihamı ilə həbs edildiyini və onlarla bağlı cinayət işinin davam etdirildiyini bildirib.

Mənbə: apa.az

Print ელ. ფოსტა
თეგები: Həbs İran
FaceBook Twitter Google