Yerusəlimdə partlayışlarda xəsarət alanların sayı 18-ə yüksəlib
Yerusəlimdə baş vermiş partlayışlar nəticəsində xəsarət alanların sayı 18-ə yüksəlib, iki nəfərin vəziyyəti ağırdır.

Bu barədə "The Jerusalem Post" məlumat yayıb.

İsrailin Yerusəlim şəhərində partlayış baş verib, xəsarət alanlar var.

Bu barədə İsrailin “Qaley Çaxal” radiosu məlumat yayıb.

İlkin məlumatda deyilib ki, bu gün səhər Yerusəlimin mərkəzi avtobus stansiyasının yaxınlığında baş verən partlayışda 7 nəfər xəsarət alıb.

Bildirilib ki, mərkəzi avtobus stansiyasının yaxınlığında baş vermiş partlayışdan sonra həmin əraziyə yaxın sərnişin avtobusunda daha bir partlayış baş verib.

Partlayışların baş vermə səbəbi kimi çantalarda yerləşdirilmiş partlayıcı qurğuların işə düşməsi göstərilib.

Hadisə yerindən indiyə olan məlumata əsasən, xəsarət alanların sayı 10-a yüksəlib.

Mənbə: apa.az

Print ელ. ფოსტა
თეგები: ölüm Partlayış Yeruselim
FaceBook Twitter Google