Çeçenistanın başçısı Ramzan Kadırovun böyük oğlu, 18 yaşlı Axmat
respublikanın gənclərlə iş üzrə naziri vəzifəsinə təyin edilib.
Bu barədə ölkə parlamentinin rəhbəri Maqomed Daudov məlumat
verib.
Onun sözlərinə görə, 18 yaşlı gənc, həmçinin, regionun ali
mükafatına - respublikanın keçmiş rəhbəri olan babasının şərəfinə
təsis edilmiş “Axmat Kadırov adına Orden”ə layiq görülüb.
“Axmat özünü istənilən
işə məsuliyyətli və səriştəli yanaşması ilə
seçilən effektiv lider kimi sübut etdi! O, belə qısa müddət ərzində
bir çox yaddaqalan tədbirlər təşkil edərək gənclər siyasətinə mühüm
töhfə verib”, - deyə Daudov vurğulayıb.
Mənbə: Oxu.az