2 may üçün ulduz falı
02
May 2019-cu il, Ulduz falı. Gözlənilməz və çox xoş bir görüş sizi
sevindirəcək
Qoç - Sizdə xüsusi maraq oyatmayan işlərlə məşğul olmayın. Əgər
nəyisə həvəssiz edirsinizsə, heç bir nəticə əldə etməyəcəksiniz.
Ancaq əgər doğrudan da görmək istədiyiniz işlə məşğulsunuzsa, o
zaman hər şey dəyişir - maneələr yaransa da, şərait pisləşsə də,
istədiyinizi əldə edirsiniz.
Yüksək vəzifəli şəxslərlə, gələcəyinizin birbaşa asılı olduğu
adamlarla görüşmək olar. Pul ala bilərsiniz. Xərclərinizi azaldın.
Maliyyə ilə bağlı hər bir məsələdə riskdən qaçın.
Buğa - Danışıqların aparılması üçün münasib gündür. İstənilən adamı
əsəbləşdirmədən və ona heç bir təzyiq göstərmədən haqlı olduğunuza
inandırmağa qadirsiniz. Xanım Buğaların diplomatik xüsusiyyətləri
daha güclüdür.
Enerjiniz çoxdur. Əhvalınız gözəl olacaq. Ehtiyacı olan hər kəsə
kömək edir və buna görə heç nə ummursunuz. Yaradııcılıqla məşğul
olmaq, orijinal ideyaları gerçəkləşdirmək olar. Müstəqil çalışmağa
üstünlük versəniz, pis olmaz.
Əkizlər - Enerjiniz çoxdur. Uzun müddət yolunuzu kəsən maneələri
aşa, çoxdankı rəqiblərinizə üstün gələ bilərsiniz. Ancaq gücünüzü
düzgün qiymətləndirib vaxtında dayanmağı da bacarasınız gərək. Əgər
təklikdə öhdəsindən gələ biləcəyinizi düşünmürsünüzsə, heç bir işə
qol qoymayın.
Günün ikinci yarısı ev işləri ilə məşğul olun. Yaşadığınız yeri
yeniləyə, mebel, yaxud məişət texnikası ala bilərsiniz. Uzaqlarda
yaşayan dostlarınızdan xoş xəbərlər ala bilərsiniz.
Xərçəng - Yorulmaq bilmirsiniz, yeni işlərdən həvəslə yapışır,
mürəkkəb məsələləri həll edirsiniz. Əgər qarşınızda hansısa məqsəd
qoymusunuzsa, ona çatmaq üçün sizə heç nə mane ola bilməz. Vacib
məsələləri qeyri-formal şəraitdə müzakirə etmək lazımdır.
Maliyyə vəziyyətiniz yaxşıdır. İri alış-veriş edə bilərsiniz.
Bahalı zinət əşyaları da almaq olar - seçiminizdə
yanılmayacaqsınız. Romantika ilə bağlı hər bir məsələni günortaya
saxlayın. Axşam təklikdə qalmaq istəyəcəksiniz - bu, yaxşı
fikirdir, həm fiziki, həm mənəvi güc toplamaq olar.
Şir - Hərəkətlərinizdə ardıcıllığı gözləmirsiniz. Bu, ciddi
uğursuzluqlara səbəb olmasa da, işlərinizdə güclü ləngimə yarada
bilər. Başqalarının işlərinə qarışmamağa, sizə aidiyyatı olmayan
mübahisələrə qoşulmamağa çalışın. Lazımsız söhbətləri vaxtında
kəsmək, xoşunuza gəlməyən təkliflərə yox demək vacibdir.
Uzunmüddətli planlar qura, onların reallaşdırılması üçün müxtəlif
yollar axtara bilərsiniz. Həm işdəki hadisələrin, həm də şəxsi
münasibətlərinizin inkişafını proqnozlaşdıra biləcəksiniz.
Qız - Şəxsi münasibətlərdə qarışıqlıqdan qaçın - hamıya şəraitin
tam aydınlığı gərəkdir, ilk növbədə də sizə. Uğura güvənməyin: bu
gün nəsə əldə etmək istəyirsinizsə, tər töküb zəhmət çəkməlisiniz.
Dəstəyinə güvəndiyiniz adamlar bu gün sizə kömək etməkdən imtina
edə bilərlər.
Dostlarınız və qohumlarınızın qayğısına qalmalı olacaqsınız, onlar
öz problemlərini həll etməkdə çətinlik çəkirlər. Səfərlərdə
ehtiyatlı və diqqətli olun: anlaşılmazlıqlar, xoşagəlməyən
hadisələr baş verə bilər.
Tərəzi - Uğurlu gündür. Məqsədlərinizə çatmaq üçün əziyyət çəkməli
olmayacaqsınız. Yaxınlarınızla münasibətləriniz yaxşılaşmaq
üzrədir. Sizin problemlərinizə laqeyd yanaşan insanlar bu gün
yumşalıblar və sizə kömək etməyə hazırdırlar.
Təşəbbüs göstərmək, ideyalarınızla bölüşmək olar. Hadisələrin
inkişafı çoxdankı bir arzunuzu gerçəkləşdirməyə imkan verəcək.
Maliyyə baxımından çox uğurlu gündür, əlinizə xeyli pul gələcək.
Bahalı əşyalar ala bilərsiniz.
Əqrəb - Bir yerdə duruş gətirmirsiniz. Hərəkət etmək, iş görmək,
həyatınızda nələrisə dəyişmək arzusundasınız. Ancaq o qədər də
qərarlı deyilsiniz: çox xırda bir maneə sizi gördüyünüz işdən
soyutmağa qadirdir. Bir qədər inadcıl olsanız, nəticəsinə özünüz də
təəccüb edəcəksiniz.
Qohumlarla görüşün, ailə tədbirlərinə qatılın. Küsənləri
barışdıracaq, inciklikləri aradan qaldıra biləcəksiniz. Axşamı
yaradıcılığa həsr edə bilərsiniz. Həmfikirlərinizlə ünsiyyət
faydalı olacaq.
Oxatan - Asan və xoş ünsiyyət bol olacaq. İşlərdə hansısa
irəliləyiş olmasa da, gününüzü yaxşı keçirəcəksiniz. Həm özünüz,
həm yaxınlarınız üçün əyləncələr fikirləşib tapırsınız, yanınızda
olanların darıxmağa vaxtı olmur. Gözlənilməz kəşflər edə, xoş
sürprizlərlə qarşılaşa bilərsiniz.
Gələcəyə nikbinliklə baxır, xırda qələbələrinizə uşaq kimi
sevinirsiniz. Özünüdən gənc insanlarla ünsiyyət xoş keçəcək. Aşiq
olmaq ehtimalınız var. Alış-verişə çıxmaq olar.
Oğlaq - Sakit şəraitdə istirahət etməyə çalışın. Ağır fiziki iş
görməyiniz məsləhət deyil, uzun səfərlərdən, yorucu işlərdən
çəkinin. Sağlamlaşdırıcı və profilaktik prosedurlardan keçməyiniz
faydalı olar. Sağlam qidaya üstün verin.
Gözlənilməz və çox xoş bir görüş sizi sevindirəcək. Ancaq bu görüşə
çox diqqət ayırmağınız məsləhət deyil - o, ötəridir və nə qədər
istəsəniz də ciddi davamı olmayacaq.
Dolça - Yeni, orijinal və ekstravaqant ideyalarınız çox olacaq. Bir
çox işləriniz asanlıqla alınır, hərdən çətinliklər yaratsa da, bu
sizi qorxutmur. Çox vacib bir işdən söhbət gedirsə, bütün gücünüzü
toplayıb onun alınması üçün sərf edirsiniz. Mübahisələri heç kimin
xətrinə dəymədən qazana bilirsiniz.
Maraqlı təkliflər ala bilərsiniz. Bunlar çox xoşunuza gələn adam
tərəfindən edilə bilər. Qiymətli hədiyyə ala bilərsiniz.
Alış-verişiniz də uğurlu olacaq. Axşam maraqlı müsahiblə
rastlaşacaqsınız.
Balıqlar - Sizi xeyli görüş və danışıqlar gözləyir. Bunların heç də
hamısı xoş olmur. Şıltaq, tez özündən çıxan adamlarla söhbətdə
təmkininizi qoruyub saxlaya bilirsiniz. Valideyn Balıqların başı
uşaqlarının problemlərinə qarışacaq: övladlar müstəqillik istəyir,
valideynlər isə bunu bəyənmirlər.