17 may üçün ulduz falı
17 May 2019-cu
il, Ulduz falı. İlkin məlumatlara dərhal inanmayın,
yoxlayın
Qoç - situasiya bağlı mənşəyi və səbəbi sizə bəlli olmayan nüanslar
üzə çıxacaq. Gecikməyə, səhvə, anlaşılmazlığa yol verməmək üçün
düşünüb-daşınmadan qərar qəbul etməyin. Dövlət qurumlarına baş
çəkmək, rəsmi müraciətlər üçün əlverişli zaman deyil. Yeni işə və
ya layihəyə başlayanda ehtiyatlı olun.
Günün ikinci yarısında danışıqlar və müzakirələrdə informasiya
sızıntısına imkan verməyin. Xərclərinizlə gəlirlərinizdən çox
danışmayın. Müayinə zamanı bisavad həkimdən yanlış diaqnoz eşidə
bilərsiniz.
Hüquqlarınızın tapdanmasına imkan verməyin.
Buğa - baş verənləri anlamaq üçün harmoniyaya ehtiyacınız var.
Estetik, qastronomik, maliyyə tələblərinizin ödənməsinə can
atacaqsınız. Yeni mərhələnin ilkin təzahürlərini ayırd etməyi
bacarın. Ən əlverişli variantı seçin.
Günün ikinci yarısında bəzi proseslərin rəsmi statusu olduğunu
düşünməyin. Yaxşı tanımadığınız insana məram və niyyətlərinizdən
danışmayın. Reklama, bəyanatlara, açıqlamalara heç bir zərurət
duyulmur. Bir sıra işləri sakit, ahəstə şəkildə həll etmək olar.
Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin.
Əkizlər - mümkün qədər diqqətli olun. İstənilən kiçik səhv kritik
ola bilər. İşdə vəzifənizin böyüməsini, karyera inkişafınızı
istəyirsinizsə və ya daha çox gəlir əldə etmək istəyirsinizsə,
bütün təfərrüatları diqqətdə saxlamaq məcburiyyətindəsiz.
Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik insanla
münasibətləri korlamayın. Daimi tərəfdaş və ya şəriklə əlaqələri
inkişaf etdirin.
Kiçik gəlirlər uğursuzluğun acısını unutdura bilməz.
Axşam saatlarında gecikmələrin ola biləcəyini istisna etməyin.
Xərçəng - intuisiyanız pis deyil. Nabədəl olduğunuz insanla, yad
situasiyalarla ehtiyatlı olun. Təcrübə qıtlığı duyulan məqamlarda
yalnız hissiyata bel bağlamayın. Önəmli sənədləri və məlumatları,
açarları və parolu yeni tanışa etibar etməyin.
Günün ikinci yarısında üzərinizdə nəzarətin gücləndiyini hiss
edəcəksiniz. Yeni əlaqələr zamanıdır. Xidməti fəaliyyətinizdə
inadkar və qətiyyətli olun. Əsla geri çəkilməyin. Axşam saatlarında
səfərə, səyahətə yollanmaq məsləhət deyil.
Normal istirahət etməyə çalışın.
Şir - yaşamınızın mübhəm məqamlarını hamıya faş etməyin. Yarımçıq
qalan işləri başa vurun. Can atdığınız məqsədi reallaşdırın.
Ənənəvi situasiyalardan kənar durumun yaranması, müəyyən
proseslərin başa çatması istisna deyil. Yaxın ətrafınızdakı
insanlarla normal davranın.
Günün ikinci yarısında rəqiblərin zəifliyindən, səhvlərindən,
diqqətsizliyindən istifadə edin. Bədxahların sevinməsinə imkan
verməyin. Şəxsi münasibətlərdə kəskin mübahisələrə yol verməyin.
Aqressiv və sərt olmayın. Şübhəli simptomları aşkarlayın və onlara
dərhal reaksiya verin.
Yalançı, məsuliyyətsiz insanlardan uzaq durun.
Qız - təcrübəli və müdrik insanların məsləhətlərinə qulaq asın.
Məişət qayğıları ilə işgüzar məsələləri qarışdırmayın. Sizə dəxli
olmayan məsələlərə müdaxilə etməyin.
Problemləri həll etmək üçün yalan danışmayın. Belədə yalnız özünüzü
cəzalandırmış olacaqsınız.
Günün ikinci yarısında ən yaxşı məziyyətlərinizdən yararlanın.
Arzularınız, niyyətləriniz və planlarınızı bölüşməyə
tələsməyin.
Axşam saatları müzakirələr, peşəkar fəaliyyətlə bağlı məsələlərin
təhlili və yeni planlara yönəlmiş diskussiyalar üçün əlverişli
zaman deyil.
Tərəzi - peşəkar öhdəliklərinizi yerinə yetirin. Məsuliyyətdən
yayınmayın. Xidməti yazışmalarda detallara fikir verin. Təlimatlara
riayət edin.
Gecikmə, yollarda tıxaclara düşmə, görüşün təxirə salınması,
hesablarda səhvlər riski var. Ötənlərdə yaşanmış bir hadisə ilə
bağlı xoşagəlməz təfərrüatlar gündəmə gələcək.
Günün ikinci yarısında tərəfdaşlar və şəriklərlə münasibətlərdə
qayğıkeş olun. Saxtakarlıqla səmimiyyəti, yaltaqlıqla reallığı
ayırın. Yaxın ətrafınızdakı insanlardan birinin davranışında
müəmmalar var.
Axşam saatlarında səhhətinizin qeydinə qalın.
Əqrəb - təşəxxüslü və eqoist insan təsiri bağışlayın. Taleyin
sınağından üzüağ çıxmağa çalışın. Riskə aludə olmayın. Məqsədə
doğru aparan yoldakı tələlərdən və məkrli ssenarilərdən yayının.
Problemlərin sayı artacaq.
Günün ikinci yarısında sənədləşdirmədə və hesablamalarda sayıq
olun. Xırdalıqları nəzərdən qaçırmayın. Ödənişləri vaxtında
gerçəkləşdirin. Peşəkar fəaliyyət sahəsindəki layihəni yarımçıq
qoymayın. Sifarişlərlə tapşırıqları vaxtında yerinə yetirin.
Axşam saatlarında faydalı məsləhətlə yanaşı, avantürist təklif də
eşidəcəksiniz.
Oxatan - önəmli saydığınız sahədə əhəmiyyətli uğurlar vəd edən
əlverişli gündür. Seçdiyiniz yoldan sapmayın: bu yol sizi məqsədə
aparır.
Yaxın ətrafınızdakı insanlar sizi günün ikinci yarısında
dəstəkləyəcəklər. Amma o vaxta qədər ən ciddi çətinlikləri həll edə
bilərsiniz.
Psixoloq kimi davranın. Rəğbət bəslədiyiniz insanın problemlərini
anlamağa çalışın. Yeni münasibətlər, tanışlıq başlana bilər. Böyük
səyahətə başlamaq, yaşam arealında köklü dəyişikliklər etmək üçün
münasib zamandır.
Oğlaq - səfərdə, yazışmada və ya söhbətdə anlaşılmazlıq yarana
bilər. Maddi məsələləri vaxtında həll etmək istəyirsinizsə, yalnız
öz qüvvənizə və potensialınıza bel bağlayın.
Kiminsə gecikməsi və ya səhlənkarlığı planları poza bilər. Yalan
qurbanı olmayın, deyilənlərə sidq ürəkdən inanmayın.
Günün ikinci yarısı yeni əlaqələrin formalaşması, müzakirələr,
sövdələşmələr və seçim üçün əlverişli deyil. Özünüzlə çox pul
gəzdirməyin. Yeni layihəyə başlamaq fikriniz varsa, ciddi
düşünün.
Tələsik addımlar atmayın.
Dolça - mənəvi və maddi məqamlarla bağlı pərişanlığa düçar olmayın.
Kollektiv tədbirin təxirə salınması, yalan və ya fırıldaq riski
var. Hesablarınızda səhv, gözləntilərinizdə yanlışlıqlar varsa,
günahı başqalarında aramayın.
İlkin məlumatlara dərhal inanmayın, yoxlayın.
Günün ikinci yarısında alış-verişdə çox pul xərcləməyin.
Vasitəçilərə inanmayın, bütün işləri müstəqil və fərdi şəkildə
görməyə çalışın. Aldığınız məhsulların keyfiyyətinə nəzarət
yetirin.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - rəqibləri zəif saymayın, problemlərinizin, gerçəkdən də,
mürəkkəb olduğunu etiraf edin. Belə olarsa, çox problemlərin
öhdəsindən gələ bilərsiniz. Nikbinlik və qüvvələrinizə əminlik
imkanlarınızı artıracaq. Uğursuzları sevməyən insanlar sizinlə
çalışmaq istəyəcək. Məhsuldar əməkdaşlıq başlana
bilər.