Ulduz falı – Məntiqli, soyuqqanlı davranın
Qoç - yaxşı ideyalarınız çoxdur, amma onların reallaşması üçün
yetərincə səy göstərmirsiniz. Belə davam edərsə, fikirlərinizdən
istedadı az, qətiyyəti və baş verənlərə praktiki baxmaq bacarığı
çox olan insan yararlanacaq. Yaşlı qohumlarla ünsiyyətdə problemlər
yarana bilər. İndiyədək sakit formada olan anlaşılmazlıqlar
sərtləşə bilər.
Səfər və ya səyahətdən, nəqliyyat vasitəsi almaq ideyasından imtina
edin. Kiçik maliyyə itkiləri ola bilər. Alacağınız pulların
ödənilməsində gecikmələr var.
Buğa - təxəyyül və fantaziya sizi ağır səhvlərə yol verməyə
sürükləyə bilər. Xəyallar aləminə dalmazdan əvvəl daha etibarlı və
faydalı iş görməyə çalışın. Aldığınız məlumatları diqqətlə
yoxlayın. Kiminsə sizi bilərəkdən yanıltmağa can atması istisna
deyil.
Peşəkar fəaliyyət müstəvisində ciddi məsələlərin həlli üçün
əlverişli gün deyil. Situasiyanı aydınlaşdırmağa çalışanda daha da
çaş-baş qalacaqsınız. Şəxsi münasibətlər müstəvisində vəziyyət
fərqlidir. Çətinliklərin öhdəsindən gələcəksiniz.
Əkizlər - emosional fon stabil deyil. Nikbinlik və ruh yüksəkliyini
itirməyin. Kiçik məsələlərə görə qıcıqlanmayın. Bu günün ən mühüm
məqamlarından biri puldur. Maliyyə perspektivləri dumanlıdır. Bunu
anlayın və izafi xərclərə yol verməyin.
Məntiqli, soyuqqanlı davranın.
Hansı işi görəcəyinizi müəyyənləşdirin, sonra fəaliyyətə başlayın.
Əvvəlcədən planlaşdırılmayan, yaxşı təşkil olunmayan səfərlərə
yollanmayın. Dövlət qurumlarına baş çəkmək, məmurlarla ünsiyyət
üçün yaxşı gün deyil.
Xərçəng - qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün qətiyyətli və
əzmkar olun. İstənilən tanışlıqda fayda var. Bir zamanlar yardım
etdiyiniz insanlarla təmaslardan indi yetərincə fayda əldə
bilərsiniz. Anlaşmalar, alış-veriş üçün əlverişli zamandır.
Qəbul etdiyiniz qərarlar orijinaldır və ətrafınızdakı insanları
təəccübləndirir. Narahat olmayın, uğur qazanacaqsınız. Axşam
saatlarında açıq havada mümkün qədər çox vaxt keçirməyə çalışın.
Bu, səhhətinizə və əhvalınıza müsbət təsir edəcək.
Sintetik materiallardan hazırlanmış paltar, bijuteriya almayın.
Şir - bütün diqqəti işə yönəldin. Peşəkar fəaliyyət müstəvisində
əhəmiyyətli uğurlar əldə etmək, karyera pilləkənində yüksəlmək
şanslarınız var. Müttəfiq və həmfikirləri asanlıqla tapacaqlar.
Onların çoxu maddi məsələləri arxa plana ataraq ideyanı ön plana
çəkirlər. Hüquqi məsələlərin həlli üçün əlverişli zamandır. Önəmli
sənədləri imzalamaq olar.
Yaxınlarınızla münasibətlərdə süni çətinliklər və sədlər
yaratmayın. Əhvalınız sürətlə dəyişəcək. Yaxın ətrafınızdakı
insanlar bunun səbəblərini anlamırlar. Qəfil təkliflər alacaqsınız.
Onların bəziləri ilə düşünmədən razılaşmaq olar.
Qız - sakit və rəvan gündür. Artıq mənasız hərəkətlər etməyin,
maraqlarınızın təminatını ön plana çəkin.
Yaşam arealında rekonstruktiv prosedurların aparılması effektiv
nəticələr verə bilər.
Bilik və bacarıqların artırılması, uzunmüddətli planlaşdırma,
mürəkkəb intellektual fəaliyyət üçün əlverişli zaman deyil. Malik
olduğunuz informasiyanı təhlil etməkdə çətinlik çəkəcəksiniz.
Nəticələrinizin bəziləri yanlış ola bilər.
Günün ikinci yarısı problemləri yaşlı qohumlarla müzakirə etmək
üçün yaxşı zamandır. Real yardım alacaqsınız.
Tərəzi - uğur vəd edən gündür. Böyük səy göstərmədən əla nəticələr
əldə edə bilərsiniz. Aktiv olun, qətiyyət və əzmlə çalışın.
Rəqibləri geridə qoymaq, bədxahları üstələmək üçün bütün
imkanlardan, potensialınızdan faydalanın. Əvvəllər kəsdiyiniz
münasibətləri bərpa etmək, ünsiyyətinizdə çətinliklərin yaşandığı
insanlarla dil tapmaq şansınız var.
Maliyyə və əmlak məsələləri ilə bağlı mübahisələri aradan qaldırın.
Kompromiss həll tapın. Ev üçün qeyri-adi əşyalar, o cümldən ekzotik
interyer detalları ala bilərsiniz.
Günün ikinci yarısında gəlir olacaq.
Əqrəb - işgüzar aktivliyiniz yüksək olsun. Məhsuldar çalışın, yaxın
ətrafınızdakı insanların da tənbəllik etmələrinə imkan verməyin.
İstənilən işə başlayaraq onu yaxşı nəticələlərlə bitirə bilərsiniz.
Daha çox hərəkət edin. Enerjili, nikbin davranın.
Yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. Rəqabət
mübarizəsi kəskinləşir. Rəqabət elementləri hətta ailə
münasibətlərinə də sirayət edir. İnsanların sizə qarşı ədalətsiz
olduqlarını düşünsəniz, bir neçə münaqişənin əsasını qoya
bilərsiniz.
Müdrik olun, hər xırda və əhəmiyyətsiz məsələni faciəyə
çevirməyin.
Oxatan - əlverişli gündür. Ən müxtəlif tapşırıq və işlərin
öhdəsindən gələ biləcəksiniz. Aldığınız pulu məntiqlə xərcləyin.
Səyahətə yollanmaq olar. Səfər yaxşı nəticə verəcək.
Nüfuzlu insanlarla ünsiyyət üçün yaxşı gündür. Onlarda xoş
təəssürat yaradacaqsınız. Yardım və dəstək almağınız da istisna
deyil. Yaşamınızda konkret dəyişikliklər etmək imkanları, yeni
perspektivlər yaranır. Rəğbət bəslədiyiniz insanla təmaslarda
diqqətli və həssas olun.
Axşam saatlarında normal istirahət edin.
Oğlaq - praktik olun. Yaşam enerjisinin bir damlasını, pullarınızın
bir qəpiyini, vaxtınızın bir dəqiqəsini də boşuna xərcləməyin. Məhz
olmalı olduğunuz yerdə vaxtında olun. Yaranan imkanlar və şansları
əldən verməyin. Uğurlarınıza görə şəraitə və situasiyaya minnətdar
olduğunuzu düşünməyin.
İntuisiyanı unutmayın.
Günün ikinci yarısında bədbin olmayın. Həttə ən yaxın saydığınız
insanlara qarşı ifrat irad və iddialarla çıxış etməyin.
Soyuqqanlı olun.
Dolça - təmkinli, soyuqqanlı olun. Emosiyaların əsarətinə düşsəniz,
bütün işlərdə problemlər yaranacaq. Yaxşı heç nə gözləmədiyiniz
insanlardan biri sizə yardım edəcək. Nüfuzlu düşmən qazanmaq
istəmirsinizsə, aldığınız yardıma görə minnətdarlıq edin.
Səfərlərdə ehtiyatlı olun. Problemlər, o cümlədən ciddi çətinliklər
ola bilər.
Yaxınlarınızla münasibətlərdə gərginlik yaratmayın. Belə situasiya
varsa, səbəbi tapın və problemi çözün.
Özünütənqidi unutmayın.
Balıqlar - xərc və məsrəflərin çox olduğu gündür. Pulları
düşünmədən xərcləsəniz, çox ağır vəziyyətə düşə bilərsiniz. Ağıllı,
soyuqqanlı, məntiqli olun. İşin öhdəsindən pis gəlməsəniz də, bunu
həmkarlar və tərəfdaşlar sanki görmək istəmirlər. Bundan inciməyin,
bədbinləşməyin. Düşünülməmiş addımlar, sərt ifadələrə yol verməyin.
Diqqət mərkəzində olacaqsınız.