Ulduz falı – Uğurlu təsadüf gözlənilir
Qoç
Gün yeni ideyalar gətirəcək. Yaradıcılıq potensialı artacaq. Siz
çətin məsələləri həll etməyə həvəsli olacaqsınız. Ev işlərini
görməkdən çəkinməyin. Bu, başınızdan bəzi fikirləri atmağa kömək
olacaq. Romantik görüş üçün günün ikinci yarısını seçin.
Buğa
Gün yaxşı başlayacaq, əfsuslar olsun ki, mənfi emosiyalar bunun
davam etməsinə imkan verməyəcək. Qohumlarla, ya da dostlarla
aranızda münaqişə düşəcəyi gözlənilir. Pulunuzun başqalarına
xərclənməsi sizi kədərləndirəcək. Şərikli büdcəyə fərqli baxışlar
mübahisələrin yaranmasına zəmin olacaq.
Əkizlər
Uğurlu təsadüf gözlənilir. Ehtimal ki, siz bundan istifadə
edəcəksiniz. Yaxınlarınızla ünsiyyətdə olmaq üçün axşam saatlarını
seçin. Siz həmin zamanda qarşı tərəfi daha yaxşı anlayacaqsınız və
öz fikirlərinizi düzgün ifadə edəcəksiniz. Ehtimal ki, gözlənilməz
sevgi etirafı da olsun.
Xərçəng
Pis olmayan başlanğıc getdikcə əks nəticələr verəcək. Bir balaca
ayıq olun ki, şans deyilən anı qaçırmayasınız. Günün ikinci
yarısında elə bir adamdan kömək alacaqsınız ki, o, sizinlə bu günə
qədər maraqlanmayıb. Bu, həyatınızı dəyişdirə bilər.
Şir
Bu günü sakit keçirin, daha doğrusu, sakit keçirməlisiniz. Hansı iş
vacib deyilsə, ətrafdakıların fikrinə məhəl qoymadan onu təxirə
salın. Günorta ciddi mövzular ətrafında fikirləşmək olar.
Gəldiyiniz nəticələri yaxınlarınızla paylaşın.
Qız
Bu gün ən yaxşı xüsusiyyətlərinizi daha parlaq nümayiş
etdirəcəksiniz. Bu səbəbdən də rəğbətiniz olan adamın qəlbini fəth
edə bilərsiniz. Bir sözlə, bu gün bəxtiniz yaxşı gətirəcək. Günün
ikinci yarısında ciddi fikir ayrılığı özünü göstərəcək.
Tərəzi
Situasiya getdikcə sabitləşəcək. Siz problemlər və çətinliklər
barədə fikirləşməyə bilərsiniz. Yaradıcılıq potensialınız yüksək
olacaq. Istənilən işdən həvəslə yapışacaqsınız. Günün sonunadək
əhvalınız yaxşı olacaq.
Əqrəb
Günün ikinci yarısı xoşagəlməz məqamla bağlı olacaq. Siz öz
problemlərinizi başqalarının sayəsində həll edəcəksiniz. Onların
sizi bir anda sudan quru çıxarmaları xoşunuza gələcək, amma sizi
səmimi sevənlərlə aranızda mübahisə düşəcək.
Oxatan
Ehtiyatlı olun. Gün neqativ emosiyalarla zəngin olacaq. Işdə
problemlər ola bilər, nəticə də maliyyə itkisilə qarşılanacaq.
Günün müsbət tərəfi intellektual qabiliyyətinizin yüksək olmasıyla
bağlı olacaq.
Oğlaq
Qonaq qəbul etmək üçün əlverişli zamandır. Siz həm söhbətcil
olacaqsınız, həm də yaxşı qonaq qarşılayan ev yiyəsi təsiri
bağışlayacaqsınız. Maraqlı təkliflər də gözlənilir. Tələskənliyə
yol verməsəniz, çətinliklərdən yaxşı çıxarsınız.
Dolça
Ulduzlar iddia edir ki, bu gün daha çox şəxsi xarakterli
məsələlərin həllinə yararlıdır. Digər tərəfdən, gün yaradıcılıq
baxımından da məhsuldar olacaq. Uğurlu alış-veriş gözlənilir.
Dostlarla görüş, fəal istirahət və səfər sizləri sevindirəcək.
Balıqlar
Siz diqqətə layiq olmayan məsələləri ürəyinizə salırsınız. Sakit
ola bilmirsiniz. Günün birinci yarısında yaxınlarla aranızda
mübahisələrin baş verəcəyi ehtimal edilir. Axşama doğru
sakitləşəcəksiniz, işlər də qaydasına düşəcək.