Telavidə üç gənci yaralayıblar
Telavidə üç gənci yaralayıblar. Hadisə ötən gün gecə saatlarında “Heyvan Tullantıların Emalı Şirkəti” ofisində baş verib.
Əldə olunan məlumatlara görə, qarşıdurmada iştirak edən bir nəfər odlu silahdan dəfələrlə atəş açıb. Bunadək isə gənclər arasında mübahisə və fiziki qarşıdurma olub.

Gənclər odlu silahdan açılan atəş nəticəsində ayaq nahiyəsindən yaralanıblar. Yaralılardan ikisi əməliyyat olunublar.

Yaralılardan birinin Telavi rahibələr monastırında ruhani olan atası Qenadi Qoqilaşvili hadisəni keçmişdə baş vermiş qarşıdurma ilə əlaqələndirir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaq sağlamlığa qəsdən ciddi ziyan vurmağı nəzərdə tutan maddə ilə başlamışdır.


Print ელ. ფოსტა
თეგები: Yaralı Telavi qarşıdurma mübahisə
FaceBook Twitter Google