Güllələnmiş maşın Melikişvili prospekti ilə üzüaşağı hərəkət edirmiş
Sürücüsü olmayan
minik maşını Verada, Erekle Tatişvili küçəsində üzüaşağı hərəkət
edib.
Avtomobil Melikişvili prospekti ilə kəsişməni
keçərək qarşı tərəfdə dayanmış maşına çırpılıb.
Avtomobilin yük yerində və qabaq şüşəsində hər birində üç güllə
yeri var, arxa şüşə isə tamamilə sınıb tökülüb.
İlkin məlumata görə, maşına başqa avtomobildən atəş açıblar.
Avtomobilin sahibi görünmür. Hadisə yerində hüquq mühafizəçiləri
çalışırlar. Şahidlərin dediyinə görə, onlar bu hadisədən bir neçə
dəqiqə əvvəl atışma səsləri eşidiblər.
Mənbə: "Azadlıq" radiosu