Prokurorluğun məlumatına görə, oğlunu başqa bir yeniyetmə ilə dalaşmağa təhrik edən şəxsə qarşı ittiham irəli sürülüb

Oğlunu başqa bir yeniyetmə ilə dalaşmağa təhrik edən şəxsə qarşı ittiham irəli sürülüb.

Bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

 


“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, yetkinlik yaşına çatmayanlar arasında baş verən münaqişədən incimiş təqsirləndirilən şəxs azyaşlı oğlunu zərərçəkəni döyməyə təhrik edib, azyaşlılar arasında baş verən münaqişə zamanı müttəhim oğluna göstəriş verib və vəziyyəti neytrallaşdırmağa gələn şəxslərə münqaişəni dayandrımağa imkan verməyib”, - Prokurorluğun bəyanatında deyilir.

Həmin şəxs iyunun 27-də saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 126-cı maddəsi, azyaşlıya qarşı qəsdən zorakılığa məruz qalan və zərərçəkmişə fiziki ağrılar vurmağı nəzərdə tutan1-ci maddənin A hissəsi ilə ittiham irəli sürülüb.

Prokurorluqdan verilən məlumata görə, cinayət işinin istintaqı davam etdirilir və həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə müəyyən edilmiş müddətdə məhkəmənin baxışına göndəriləcək.

 

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google