Tbilisi Şəhər Məhkəməsi 13 yaşlı uşaqdan foto çəkib ona
göndərməsini istəyən şəxsə həbs cəzası verib.
O, 10 il müddətinə azadlıqdan məhrum edilib.
"Təqsirləndirilən şəxsin sosial şəbəkədən istifadə edərək 13 yaşlı
azyaşlıya qarşı əxlaqsız hərəkətlər etməsi təsdiqlənib. O, həmçinin
zərərçəkmişdən şəxsi istifadəsi üçün kompüter avadanlığında
qanunsuz saxladığı fotoşəkilləri ona göndərməsini istəyib.
Tədqiq olunan sübutlar, həmçinin təqsirləndirilən şəxslərin
yetkinlik yaşına çatmayan şəxsin şəklini əks etdirən pornoqrafik
materialı əldə etmək və yaymaq üçün müxtəlif vasitələrdən istifadə
etdiyini təsdiqləyib”, - deyə dövlət ittihamçısı
bildirib.
Həmin şəxs Cinayət Məcəlləsinin 141-ci maddəsinin birinci hissəsi,
255-ci maddəsinin üçüncü və dördüncü hissələri ilə (Azyaşlıların
şəkillərini özündə əks etdirən pornoqrafik əsəri satın
alma-saxlama-yayma) ittiham olunub.