İlk uçan maşınının qiyməti AÇIQLANDI
İlk uçan “Xpeng” avtomobilinin buraxılış tarixləri və qiyməti açıqlanıb.

Bu barədə “Bloomberg“ məlumat yayıb.

Nəşrin jurnalistləri AeroHT startapının yaradıcısı Çjao Deliyə istinad ediblər - onun 2013-cü ildən uçan avtomobillərlə məşğul olan şirkəti “Xpeng” tərəfindən dəstəklənir. Mütəxəssisin fikrincə, gələcək “Xpeng” elektromobili 2025-ci ilə qədər kütləvi istehsalda ola və satışa çıxarıla bilər. Uçan avtomobilin qiyməti 140 min dollar
və ya 238 min manat ola bilər.

jao Deli qeyd edib ki, əgər AeroHT “Xpeng”in Çin daxilində geniş təchizatçılar şəbəkəsinə güvənərsə, münasib qiymətə nail olmaq mümkündür.

Startapın təsisçisi vurğulayıb ki, gələcək avtomobil ümumi istifadədə olan yollarda vaxtın 90 faizini keçəcək - tıxac zamanı avtomobil havaya qaldırıla bilər. Avtomobilin dörd elektrik mühərriki olacaq.

Noyabrın əvvəlində Çinin “XPeng” şirkəti uçan avtomobilin sınaqlarını nümayiş etdirib.

Mənbə: lent.az
Print ელ. ფოსტა
თეგები: Elm İcad Texnologiya Yeni nəsil
FaceBook Twitter Google