“BMW” rəngi dəyişən avtomobillərini təqdim etdi - VİDEO
“BMW” şirkəti yeni bir neçə avtomobilini təqdim edib.

Yeni maşınlar “CES 2023” sərgisində izləyicilərə nümayiş etdirilib.

Bu maşınların bir neçə fərqli xüsusiyyətləri var. Amma ən vacibi isə onların sürücülərin əhval-ruhiyyələrinə reaksiya verə bilmələridir. Süni intellektlə təchiz olunmuş bu avtomobillər, həmçinin rənglərini tamamilə dəyişə bilirlər. Onlarda
təxminən 32 rəng mövcuddur. Rənglə yanaşı, maşının bəzi hissələri də dəyişmə qabiliyyətinə malikdir.

Bundan əlavə, avtomobilin ön panelinin bütün hissəsini xüsusi ekran əhatə edir.

Sözügedən konsepti təqdim edirik.


Mənbə: lent.az
Print ელ. ფოსტა
თეგები: Texnologiya Yeni icad Yeni nəsil
FaceBook Twitter Google