“Samsung” şirkəti yeni “Galaxy S23” smartfonunu təqdim
edib.
“Galaxy S23” seriyası 3 model şəklində olacaq: “Galaxy S23”,
“Galaxy S23+” və “Galaxy S23 Ultra”.
Bildirilir ki, model 120 Hz-lik təsvir yenilənməsinə malik ekrana
sahib olacaq. Üçlü arxa kamerası olan smartfonun 12 MP-lik ön
kameraya və 25 vatt gücündə sürətli şarj texnologiyalı 3900 mAh
enerji tutumlu batareya ilə təchiz olunacaq.
Məlumata görə, telefon istifadəçilərə saniyədə 60 kadr sürətlə 4K
videola çəkə bilmə imkanı verəcək.
Qeyd edək ki, “Galaxy S23”də 10 vatt gücündə sürətli naqilsiz şarj
texnologiyası istifadə oluna biləcək.
Mənbə: lent.az