“Apple” şirkəti 10 il əvvəl satışa buraxılan “iPhone 5S”
telefonu üçün İOS yeniləməsi edib.
"Marneuli" radiosu xəbər verir ki, bu barədə “Appleinsider” məlumat
yayıb.
Məlumata görə, Amerika şirkəti köhnə qadcetlər üçün bir sıra
yeniləmələr həyata edib. Bununla yanaşı, korporasiyanın
mühəndisləri kompüterlər üçün nəzərdə tutulmuş macOS Big Sur 11.7.3
yeniləməsini də təqdim edib.
Yeniləmələr yeni funksiyaları aktivləşdirmir, amma telefonda olan
bəzi boşluqları aradan qaldırmağa kömək edir.
Qeyd edək ki, “Apple” uzun müddətdir köhnə smartfonlar üçün
yeniləmələri dayandırmışdı.
Mənbə: lent.az