“Android” və “iOS” üçün “Telegram”ın ən son beta
versiyasında şəxsi profili, qrupu və ya kanalı fərdiləşdirmək üçün
avatar düzəltmək funksiyası əlavə edilib.
Bu barədə “Telegram Beta Info” kanalı məlumat yayıb.
Konstruktor avatar kimi qradient fonunda animasiya edilmiş fərdi
emoji və ya stikerlər təyin etməyə imkan verir.
Qeyd olunur ki, fərdi emoji seçimi hətta “Telegram Premium” abunəsi
olmayan istifadəçilər üçün də əlçatan olacaq.
Həmçinin beta versiyalarında emojilərin bir neçə kateqoriyaya
bölünməsi aşkar edilib.
Bu tab emojilər, stikerlər, GIF-lər, reaksiyalar və statuslar
panelindəki axtarış panelində yerləşir.
Yenilik mənasına görə düzgün ifadələr və stikerlərin axtarışını
sadələşdirmək üçün nəzərdə tutulub.
Mənbə: lent.az