Mətbəxdə uzun müddət qaldıqda cücərən sarımsağı adətən
yeyilməyəcəyi fikri ilə zibil qutusuna atırıq.
Ancaq əslində cücərən sarımsaq daha faydalıdır. Cücərən sarımsaqda
olan antioksidant miqdarı cücərməyənə nisbətən daha çoxdur. Cücərən
sarımsağın tərkibində insan üçün olduqca faydalı maddələr vardır.
Sarımsaq nə qədər yetişsə, tərkibindəki antioksidant miqdarı da
artır.
Sarımsaq damar tıxanıqlığından tutmuş qulaq infeksiyalarına qədər
bir çox xəstəliklərə faydalıdır. Yaşlanma müddətini qısaltdığı
haqda da fikirlər mövcuddur. Cücərən sarımsağın virusların
qarşısını alaraq xərçəngi əngəllədiyi də qeyd edilir. Cücərmiş
sarımsaq damarlarda tıxanıqlığın qarşısını alır və ürək-damar
xəstəlikləri riskini azaldır.
Evdə sarımsağı necə cücərtmək olar?
Bir qabın içərisinə az miqdarda su qoyun. Sarımsağı suya yüngülcə
dəyəcək şəkildə qabın içərisinə qoyun və pəncərənin önünə
yerləşdirin. Bir həftə ərzində cücərdiyini görəcəksiniz.
Mənbə: saglamol.az