Sadaxlı kənd sakinləri karantin qaydalarına əməl edirlər - FOTO
Bütün dünyanı bürüyən koronavirusun Gürcüstanda da sürətlə yayılmasının qarşısını almaq üçün Marneulidə ciddi rejimdə karantin elan olundu.

Karantin qaydalarına əməl edən Sadaxlı kənd sakinləri məcbur olmadıqları təqdirdə evlərindən çölə çıxmırlar.

Kənd sakinlərinin sözlərinə görə, əvvəllər televiziyadan virus barədə eşidəndə narahat olmurdular ancaq indi vəziyyətin nə dərəcədə ciddi olduğunun fərqindədirlər.

“Əvvəl televiziyadan virus barədə çox eşitsək də, bizə gəlib çıxmaz deyə düşünürdük. Kilometrələrlə uzaq ölkələr var, bizim ölkə yoluxana kimi bitər deyə düşünürdük. Ancaq indi vəziyyətin nə dərəcədə ciddi olduğunun fərqindəyik və öz sağlamlığımız üçün evdə qalırıq”,– kənd sakini deyir.

Virusdan əvvəl kənd mərkəzində və küçələrdə toplaşan sakinlər artıq daha ehtiyatlı olurlar və bir yerə toplaşmırlar. Sakinlər ötən gün səhər sosial şəbəkələr vaistəsi ilə Marneuliyə girişin qadağan olması haqda məlumat əldə ediblər. Onlar deyirlər ki, qocalara və sosial şəbəkəsi olmayan sakinlərə xəbər edib, məlumat veriblər.

“Marneulidə virusa yoluxan qadını eşidəndən sonra hərkəs vəziyyətin ciddi olduğunu anladı və əvvəlki günlərlə müqyisədə artıq evdən çıxmırlar. Ümid edirəm, bu xəstəlikdən ölkəmiz və dünyamız tezliklə qurtular”,– gənc kənd sakini deyir.

Marneuli və Bolnisi bələdiyyələri ciddi karantin rejiminə keçib. Qeyd olunan qərar Marneulidə bir qadının koronavirusa yoluxmasından sonra verilib.





Müəllif: Aysun Şaparayeva



Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google