Qiorqi Qaxaria – 30 mart tarixindən etibarən İctimai Yayımçının canlı efirində məktəb şagirdləri üçün dərslərin yayımlanmasına başlanılacaq
Martın 30-dan etibarən İctimai Yayımçının canlı efirində məktəb şagirdləri üçün dərslərin yayımlanmasına başlanılır.

Baş nazirin Mətbuat Xidmətindən verilən məlumata görə, bu barədə Gürcüstanın Baş naziri Qiorqi Qaxaria koronavirus ilə əlaqədar keçirilən Koordinasiya Şurasının iclasında bildirib.

Hökumət başçısının sözlərinə görə, Təhsil Nazirliyi və İctimai Yayımçının pandemiya şəraitində irəli sürdüyü birgə təşəbbüs irəli atılmış mühüm addımdır.

Baş nazir internet provayderlərə müraciət edərək, onları tələbə və şagirdlərin maraqlarını nəzərə almağa və onların internetə əlçatanlılığını təmin etməyə çağırıb. Hökumət başçısı qeyd olunan təşəbbüsə görə Təhsil nazirinə təşəkkürünü bildirib.

Mənbə: Birinci Kanal
Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google
დაიცავი დისტანცია