Marneuli əhalisi koronavirusaə görə yoxlamadan keçirlər

Marneuli miqyasında əhali müayinə olunur. İki və ya üç həkimdən ibarət olan 12 briqada kəndlərə gedir, əhalinin temperaturunu ölçür və tövsiyələrə nəzarət etməyə çağırırlar.

Təxminən saat 13:00-da Saimerlo kəndində əhalinin yoxlanılmasına başlanılıb.

“Səhər saat 08:00-da çıxdıq, demək olar bütün ailələrdə qeydlər apardıq. Sürətli testləin sayı üçün kontingent hazırlayırıq. Xüsusən riskli olan adamları yoxlayırıq, hərarətlərini ölçürük”, - Tsereteli inzibati ərazi vahidinin məntəqə həkimi Lia Zakaidze deyir və əhalini ehtiyatlı olmağa çağırır.



22 mart tarixində Marneulidə 60 yaşlarında qadında koronavirus aşkarlanıb. O, Tbilisinin Universitet Klinikasına yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Marneuli və Bolnisi bələdiyyələri ciddi karantin rejiminə keçib. Bu haqda Gürcüstanın Baş naziri Qiorqi Qaxaria 23 mart tarixində saat 00:30-da brifinqdə bildirib. Hökumət qeyd olunan qərarı Marneulili qadında koronavirus aşkarlandıqdan sonra verib. Hazırda Marneulidə koronavirusa yoluxmuş şəxsin təmasda olduğu 1700 nəfər araşdırılır.

 

 

Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google