Stopcov.ge portalına Azərbaycan dili də əlavə olunub
Koronavirusla bağlı Gürcüstan hökuməti tərəfindən hazırlanmış rəsmi veb-səhifə stopcov.ge portalına milli azlıqların dili də əlavə olunur.

Hökumət administrasiyasının məlumatına görə, hazırkı mərhələdə veb-səhifənin azərbaycandilli versiyası işləyir və yaxın günlərdə daha da təkmilləşdiriləcək. Həmçinin, veb-səhifənin ermənidilli versiyası da hazırlanır.

Gürcüstan hökuməti etnik azlıqların dillərində məlumatı yaymaqla yanaşı, Gürcüstanın Birinci Kanalı ilə də fəal şəkildə əməkdaşlıq edir.

Yerli icra hakimiyyətlərinin nümayəndələri Marneuli və Bolnisidə milli azlıqlara koronavirusla bağlı intensiv şəkildə məlumat çatdırırlar.

Səhiyyə Nazirliyinin bütün tövsiyələri tərcümə edilib. Gürcü, azərbaycan və erməni dillərində video-müraciətlər yazılıb.

Regionda yaşayan milli azlıqlara koronavirus haqqında məlumat xarakterli materiallar evlərində veriləcək.

Gürcüstan hökuməti tərəfindən fövqəladə rejim haqqında məlumat müntəzəm olaraq tərcümə olunur və İctimai Yayımçının “www.1tv.ge” veb-səhifəsində yerləşdirilir.

Bu gündən etibarən, koronavirusla bağlı hər cür məlumat stopcov.ge-də də Azərbaycan dilində təqdim ediləcək.

Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google