Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin
üçtərəfli görüşü keçiriləcək.
Bu barədə Gürcüstanın müdafiə naziri İrakli Çikovani Tbilisidə
səfərdə olan Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının
katibi Ramil Usubovla görüşü zamanı bildirib.
Gürcüstan MN-in məlummatına görə, görüş zamanı
Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının
vacibliyinə diqqət çəkilib.
İrakli Çikovani müdafiə nazirlərinin bu formatda görüşünün bu il
Gürcüstanda keçiriləcəyini vurğulayıb.