Sadaxlıda kənd yığıncağında sakinlər küçələrin işıqlandırılmasını tələb etdilər
Bu gün, 24 yanvarda Sadaxlıda “kənd yığıncağı” baş tutub. Əhali küçə işıqlandırmasının qurulmasını tələb edib. Onların kəndinə 20 000 lari ayrılıb.

“Kənd yığıncaqları” bu gün daha 6 kənddə baş tutmalıdır.

Ümumi kənd yığıncağı Gürcüstan regionlarında həyata keçiriləcək layihələr fondundan kəndə dəstək proqramı çərçivəsində maliyyələşən layiəhlərin seçilməsi məqsədi ilə keçirilir.

Ümumi Marneuli üçün fonddan 616 000 lari ayrılıb və bu 69 kəndə bölünəcək. Hər kəndə əhalinin sayına görə məbləğ ayrılacaq.

Yığıncaqda əhalinin 20%-i iştirak etmədiyi halda pozulmuş hesab olunur. “Kənd yığıncağı”nın ikinci dəfə keçirilməsi mart ayında mümkündür.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər