Gender Şurası 2019-cu ilin büdcəsinin müzakirəsi ilə bağlı heç bir tövsiyə təqdim etməyib
Marneuli bələdiyyəsinin Gender Şurası 2019-cu ilin büdcəsinin müzakirəsi ilə bağlı Bələdiyyə Məclisinə tövsiyə təqdim etməyib.

Marneuli Bələdiyyə Məclisi sədrinin gender məsələləri üzrə məsləhətçisi və Gender Şurasının üzvü İa Esebua bizimlə söhbəti zamanı bildirdi ki, şura üzvlərindən biri meriyanın Maliyyə Xidmətinin rəhbəridir və onunla şifahi razılaşma əsasında şura üçün müəyyən miqdarda vəsait ayrılıb.

Esebua deyir ki, bundan əlavə
büdcənin hazırlanması prosesi zamanı şura başqa tövsiyə verməyib. Misal üçün, Gender Bərabərliyi Şurası infrastruktur, sosial və ya başqa layihələrin hazırlanması zamanı gender aspektinin necə nəzərə alına biləcəyi ilə bağlı tövsiyə verməyib. Esebua buna səbəb kimi Marneuli bələdiyyəsi Gender Şurasının tərkibində dəyişikliklərin gözlənilməsini göstərib.

“Fevral ayının əvvəllərindəbizim şurada dəyişikliklər gözlənilir. Bizim nizamnaməyə əsasən üzvləri dəyişməliyik və yeni üzvlərlə münasibətdə bütün bunlar nəzərə alınıb, Yəni sonrakı işləri onlar görməlidirlər”, – İa Esebua deyir.

Qeyd edək ki, Marneulinin gender bərabərliyi şurasının fəaliyyəti üçün büdcədən 12 min lari ayrılıb.
Bizimlə söhbəti zamanı Marneuli Bələdiyyə Məclisi sədrinin gender məsələləri üzrə məsləhətçisi İa Esebuanın dediyinə görə, məbləğ əsasən əhali ilə görüşlərə və təlimlərə sərf olunacaq.

“Eləcə də beynəlxalq qadınlar günü, 8 mart tarixi ilə bağlı tədbir nəzərdə tutmuşuq. Ola bilsin kiçik hədiyyələr də alınsın. Eləcə də, çoxuşaqlı ailələrə və tək analara kömək etmək istəyirik. İstəyirik əhalinin məlumatını artıraq və bilsinlər ki, bələdiyyədə gender şurası fəaliyyət göstərir və əhalini başa salaq ki, bizə müraciət edə bilərlər. Biz də maksimum dərəcədə imkanımız daxilində köməklik göstəririk” – İa Esebua deyir.

Marneulinin gender bərabərliyi şurası keçən ildən fəaliyyətə başlayıb. Şuraya büdcədən istifadə etmək imkanı isə bu ildən verilib.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər