Marneuli bələdiyyəsinin yerli özünüidarəetmə binasında dövlət bayrağı endirilib
Bu gün Marneuli bələdiyyəsinin yerli özünüidarəetmə binasında dövlət bayrağı endirilib.

25 fevral Sovet işğalı günü elan olunub və Gürcüstanın bütün ərazisində dövlət bayrağı endirilir.

1921-ci ilin məhz bu günündə Rusiya Qızıl Ordusu ilə qeyri bərabər mübarizədə gənc Yunkerlərin böyük əksəriyyəti həlak oldu. Mübarizənin əsas hissəsi Kocori və Tabaxmela ərazilərində baş tutub. 1921-ci ilin 25 fevralında Sovet
Rusiyasının 11-ci Qızıl Ordusu Tbilisini tutdu və Gürcüstan Demokratik Respublikası işğal olundu.

Gürcüstan Demokratik Respublikası cəmi 3 il 1918-ci ildən 1921-ci ilədək yaşadı.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər