Tbilisidə iki nəfər dəm qazından zəhərlənmə nəticəsində dünyasını dəyişib
Tbilisidə Knolev küçəsində baş verən bədbəxt hadisə nəticəsində qadın və kişi dünyasını dəyişib. İlkin məlumata görə, hadisəyə səbəb dəm qazının sızmasıdır.

“Rustavi 2”-nin məlumatına görə “QazTransQaz”a mesaj gecə daxil olub. Şirkət nümayəndələrinin məlumatına görə, evdə açıq yanma kamerası olan qızdırıcı düzgün montaj edilməyibmiş.

“Bizim nümayəndələr gedəndə iki nəfər dünyasını dəyişibmiş. Düzgün montaj edilməyən açıq yanacaq kamerası olan qızdırıcı
“Nikala” qurulu vəziyyətdə imiş”
– “QazTransQaz”ın nümayəndəsi Giorgi Lepsveridze telekanala bildirib.

Daxili İşlərin Nazirliyindən “Netgazeti”yə bildiriblər ki, istintaq artıq 240-cı prima maddənin üçüncü hissəsi ilə başlayıb. Qeyd olunan maddə bir və ya daha çox adamın ölümünə səbəb olan elektrik və ya qızdırıcının, qaz, neft və ya neft məhsulları obyektinin təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutur.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər