Maradisi və Kudro kəndlərində içməli suyun bərpası üçün 126 394 lari xərclənəcək
Marneuli meriyası Maradisi və Kudro kəndlərində içməli suyun bərpası və sayğacların quraşdırılması üçün tender elan edib.

Tenderin şərtlərinə görə, Maradisi kəndində 53 ailə içməli su ilə təmin olunacaq. Onlara su hələlik Şulaveri kəndindəki su xəttindən verilir. Həmin su xətti isə sıradan çıxıb və sakinlər su əldə edə bilmirlər. Kudro kəndində isə 25 ailə içməli su ilə
təmin olunacaq. Həmin ailələr bu vaxtadək suyu dağlardan gələn su xəttindən götürürlər.

Marneuli meriyası qeyd olunan kəndlərdə daxili su şəbəkəsi və sayğacların quraşdırılması üçün 126 394 lari xərcləməyi planlaşdırır.

Bələdiyyə tenderi 25 fevral tarixində elan edib, tenderdə iştirak etmək istəyən şirkətlər öz təkliflərini 8 martdan 11 martadək verə bilərlər.

Tenderin şərtlərinə görə, qalib gəlmiş şirkət hər iki kənddə daxili içməli su xəttinin çəkilməsi və sayğacların quraşdırılması işlərini müqavilə bağlandıqdan 120 gün ərzində tamamlamalıdır.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər