Marneuli stadionunun bərpasına 150 000 lari dəyərindəki layihəyə düzəlişlər edildikdən sonra başlanılacaq
Marneuli mərkəzi stadionunun təmirinə bu il başlanıla bilər. Bu barədə Marneuli meri səlahiyyətlərini icra edən Zaur Tabatadze Marneuli televiziyasına verdiyi müsahibədə bildirib.

Stadion üçün smeta sənətini bələdiyyə hələ 2016-cı ildə tərtib etmişdi ki, Bunun üçün də 150 000 lari xərclənmişdi. Lakin qeyd olunan sənəd yenilənməlidir, belə ki, 2017-ci ildən Gürcüstan hakimiyyəti tərəfindən müəyyən olunmuş “Bina-tikililərin təhlükəsizliyi qaydaları”nın yeni
texniki reqlamentləri qüvvəyə minib.

Marneuli meriyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mariam Xaçidzenin “Marneuli” radiosuna bildirdiyinə görə, bu mərhələdə stadionun smeta sənədlərinin hakimiyyətin qətnaməsinə uyğunlaşdırılması işləri davam edir ki, buna görə də, qeyd olunan sənədlərə düzəliş etməyə ehtiyac var.

Smeta sənədləri tamamlandıqdan sonra Marneuli yerli özünüidarəetmə orqanı onu Regional İnkişaf Fonduna göndərəcək. Fond tender elan edəcək və bunun nəticəsində də mərkəzi stadionun bərpasına başlanılacaq.

Bələdiyyə tərəfindən 2016-cı ildə alınmış smeta sənədini “SAUKİ” MMC hazırlamışdı. Şirkət tərəfindən tərtib olunmuş plana əsasən, Marneuli stadionu 1500 tamaşaçı tutumuna malik olacaqdı, yüksək keyfiyyətli süni ot örtüyü döşənəcək, müasir tipli diod monitor quraşdırılacaıqdı. Ərazidə maşın dayanacağı, içərisində 4 ayaqyolu, 6 hamam və 30 nəfər üçün hesablanmış konfrans zalı olan iki mərtəbəli bina olacaqdı ki, bu da FİFA-nın ikinci kateqoriyalı idman meydançası tələblərinə tam cavab verəcəkdi.

Marneuli mərkəzi stadionunun bərpası üçün ümumilikdə 6 milyon laridən artıq vəsaitə ehtiyac var. Layihə Regional İnkişaf Fondu tərəfindən maliyyələşdiriləcək.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər