İstefa verdikdən 3 həftə sonra Abazov merin “Facebook” səhifəsində yenidən fəallıq müşahidə olunub
Marneulinin keçmiş meri rəsmi olaraq istefa verdikdən sonra “Temur Abazov Marneuli meri” („თემურ აბაზოვი მარნეულის მერი“) Facebook səhifəsində yenidən fəallıq müşahidə olunub.

Səhifədə yeni fəaliyyət bu gün qeydə alınıb. Belə ki, o, profil fotosunu yeniləyib, yeni profil fotosu onun mer olduğu dövrdə çəkilib.



Bunadək isə Facebook səhifəsində sonuncu yenilik 11 fevral tarixində olmuşdu. O zaman da
profil fotosu yenilənmişdi.



Qeyd edək ki, Temur Abazovun mer səlahiyyətləri dayandırıldıqdan sonra da səhifədə fəal paylaşımlar olurdu və bu məsələ ilə bağlı material da hazırlanmışdı. Lakin bu süjet radiomuzda efirə getdikdən sonra həmin paylaşımlar silinmişdi.

Temur Abazov Marneuli meri vəzifəsində 8 ay qaldı. 14 iyun tarixində Prokurorluq onu Marneuli sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı rəftarda ittiham etmişdi.

Abazov barəsində yeddi ay müddətində həbs-qətimkan tədbiri seçilmişdi. Məhkəmə onu dekabr ayında girov qarşılığında azadlığa buraxmışdı. Vəkillərin dediyinə görə, prokurorluqda cinayəti onun törətdiyinə dair dəlillər yoxdur və yalnız Elçin Allahverdiyevin verdiyi ifadəyə əsaslanırlar.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər