Marneulinin seçki məntəqələrinin birində yekun protokol oğurlanıb
Marneulinin Dəmyə Görarxı kəndində 18 saylı dairə seçki komissiyasının yekun protokolu itib.

Komissiya sədri protokolun oğurlandığını bildirdi.

“Marneuli” radiosunun məlumatına görə, hadisə yerinə polis əməkdaşları çağırılıb.

“Marneuli” radiosu ilə söhbəti zamanı 18 saylı seçki məntəqəsinin katibəsi Elza Lursmanaşvili bildirdi ki, jurnal və protokolları məntəqənin sədrinə təhvil verib. Sədr jurnal və protokolları polislə birlikdə Marneuli dairə
seçki məntəqəsinə aparıb.

“Nə vaxtki Marneuliyə çatdılar. Oradan mənə zəng vurdu ki, protokol səndəmi qalıb. Mən ona protokolun məndə olmadığını və dəqiq ona verdiyimi bildirdim. Sonra yenə də dəqiqləşdirdim. Amma nə baş verdiyini başa düşmədim” – Katibənin verdiyi məlumata görə, məntəqənin sədri Eldar İsayev protokolu axtarmaq üçün məntəqəyə qayıdıb. Lakin protokolu tapa bilməyib.

Hazırda Marneuli Dairə Seçki Komissiyasında səslər sayılır. Əldə etdiyimiz məlumata görə, seçki məntəqələrindəki bülletenlərin əksəriyyəti dairə komissiyasına gətirilib.


Print Email
FaceBook Twitter Google