Gürcüstan prezidenti Salome Zurabişvili keçmiş prezident Mixeil
Saakaşvilini
əfv etməyəcəyini bir daha bəyan edib. Eyni zamanda, o deyib ki,
Saakaşvili xüsusi məhbus sayılmalı və hökumət onun sağlamlığı üçün
bütün tədbirləri görməlidir.
“
Ölkənin maraqlarının harada və nədə olduğunu çox yaxşı
bilirəm. Bu məsələ yenidən gündəmə gəldiyi üçün deməliyəm ki,
keçmiş prezidentin əfv olunması ilə bağlı mövqeyim qətidir və
dəyişməzdir – xeyr və heç vaxt. Sabiq prezident nə siyasi məhbus,
nə də günahsız qurban meyarlarının heç birinə cavab vermir. O,
ölkəyə könüllü və qeyri-qanuni yollarla daxil olmuş, ölkəyə girişi
sabitliyi pozmaq məqsədi daşıyan məhkumdur.
Buna baxmayaraq, yüksək ictimai və siyasi marağı nəzərə alaraq, o,
xüsusi məhbus hesab edilməlidir və bu, cəzaçəkmə müəssisəsinin
rəhbərliyindən və hökumətdən xüsusi diqqət tələb edir. Səhhətinin
pisləşməsi səbəbilə siyasi spekulyasiya və ya sabitliyin pozulması
üçün istifadə edilməsinin qarşısını almaq üçün bütün tədbirlər
görülür. Buna görə də hər hansı ağırlaşma əlaməti olan kimi
vaxtında müdaxilə yolu ilə maksimum şəffaflıq və reaksiya tələb
olunur. Vəssalam, mən bu məsələyə bir daha
qayıtmayacağam”, - deyə Salome Zurabişvili bildirib.
Gürcüstan prezidenti Salome Zurabişvili oktyabrın 1-də bildirmişdi
ki, o, Gürcüstan ərazisində saxlanılan üçüncü prezident Mixeil
Saakaşvilini heç vaxt əfv etməyəcək.
Mənbə:
Netgazeti