Allah Amerikanı qorusun- İrakli Qaribaşvili
Tbilisidə, Amerika Birləşmiş Ştatlarının səfirliyində Amerikanın Müstəqillik Günü ilə əlaqədar ziyafət təşkil olunub, tədbirdə siyasətçilər, jurnalistlər, cəmiyyətin müxtəlif sahələrinin nümayəndələri iştirak ediblər.

Onların arasında çıxış edən Gürcüstan prezidenti və baş naziri də olub.

O, ABŞ-a təşəkkürünü bildirib və onun ölkəmizin inkişafının bir çox sahələrində töhfəsini qeyd edib.

Arxa planda, bir çox hökumət nümayəndələri, o cümlədən
Qaribaşvili, hökumət mediası, idarə olunan siyasi qüvvələr və təbliğatçılar davamlı olaraq anti-Qərb və anti-Amerika kampaniyaları aparardıqları, konspirasiya nəzəriyyələrini təktrarladıqları halda, onun səfirlikdə ritorikası dəyişib.
Onun sözləridir:

"Bu gün burada olmaqdan və Amerika Birləşmiş Ştatlarının Müstəqillik Bəyannaməsinin qəbul edilməsi münasibətilə Sizə və Amerika xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram".

Ölkəniz tarix boyu azadlıq və demokratiya məşəlini qürurla daşımış, dünyaya parlaq nümunə göstərmişdir. Birləşmiş Ştatlar ümumbəşəri insan hüquqlarını və əsas azadlıqlarını daim qorumuş, inkişaf və tərəqqiyə təkan vermiş, qanunun aliliyini dəstəkləmiş və bununla da dünya tarixində öz izini qoymuşdur.

Gürcüstan, gürcü xalqı qürurlu və azadlıqsevər bir xalq kimi bizim möhkəm dostluğumuzu şərtləndirən azadlıq və demokratiyanın eyni dəyər və prinsiplərini bölüşür. Bu çətin dövrdə bizim yaxın tərəfdaşlığımız və birliyimiz təkcə regionumuzda deyil, qlobal miqyasda sülhün və sabitliyin qorunması üçün böyük əhəmiyyət kəsb edir. Gürcüstan ABŞ-ın yanında, eləcə də bizim hörmətli beynəlxalq tərəfdaşlarımızla möhkəm dayanır, çünki biz beynəlxalq ictimaiyyəti dəstəkləyən fundamental norma və dəyərlər üçün bir yerdəyik...
...Dostlar, xalqımızın ən yaxın tarixinə qiymətli azadlığımızı qorumaq üçün aparılan müharibələr daxildir. Bu gün üzləşdiyimiz təhlükəsizlik problemlərini nəzərə alaraq, biz ərazi münaqişələrimizin sülh yolu ilə həllində beynəlxalq tərəfdaşların dəstəyinə böyük əhəmiyyət veririk. Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qorumaq ideyasını qəti şəkildə dəstəklədiyinə görə Amerika Birləşmiş Ştatları hökumətinə minnətdarlığımı bildirmək istərdim. İnanıram ki, əziz tərəfdaşlarımızın sarsılmaz dəstəyi ilə biz sülh yolu ilə birləşmiş Gürcüstanın və Avro-Atlantik birliyə inteqrasiyanın arzularını reallığa çevirə bilərik.

Mən həmçinin Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsinə, institusional imkanlarımızın gücləndirilməsinə və Avro-Atlantik inteqrasiya yolunun irəliləməsinə göstərdiyi qəti dəstəyə və əvəzsiz töhfəsinə görə ABŞ hökumətinə təşəkkür etmək istərdim. Müstəqilliyini bərpa etdiyi gündən Gürcüstan ABŞ-ın bu regionda güclü və sadiq tərəfdaşıdır. Gürcü əsgərləri Amerika əsgərlərinin yanında dayanaraq dünyanın müxtəlif yerlərində qlobal təhlükəsizliyi və beynəlxalq asayişi birlikdə qorudular.

İcazə verin, gürcü xalqı və hökumətim adından Gürcüstanın demokratik institutlarının qurulmasına və iqtisadiyyatının gücləndirilməsinə göstərdiyi güclü dəstəyə görə Birləşmiş Ştatlar hökumətinə səmimi təşəkkürümü bildirim. Hesab edirəm ki, ABŞ və Gürcüstan ticarətdə istifadə edilməmiş potensiala malikdir. Biz Amerika kapitalının axınını və ölkəmizə və ölkəmizdən mal axınını dəstəkləyərək biznesimiz üçün yeni imkanlar açmağı səbirsizliklə gözləyirik. Əminəm ki, ölkələrimiz arasında birbaşa aviareyslər, şübhəsiz ki, bu məqsədlərə çatmaqda mühüm rol oynayacaq və xalqlarımızı daha da yaxınlaşdıracaqdır.

Qeyd edək ki, Birləşmiş Ştatlar ölkənin müxtəlif sahələrinin, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, səhiyyə və təhsil sistemlərinin təkmilləşdirilməsinə böyük töhfə verib. Biz vətəndaşlarımıza dəyərli təhsil və peşə proqramları təklif etməyi qiymətləndiririk. İnsanlar arasında əməkdaşlığı dəstəkləməklə biz ölkələrimiz arasında güclü və uzunmüddətli tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyini dərk edirik.

Dostlar, hamı bilir ki, səfir Deqnanın Gürcüstandakı işi demək olar ki, başa çatıb və mən fürsətdən istifadə edərək səfirə xalqlarımız arasında ikitərəfli tərəfdaşlığın təşviqi və dərinləşdirilməsində göstərdiyi səylə və yorulmaz səylərinə görə təşəkkürümü bildirmək istəyirəm. Xanım Səfir, Sizə ən xoş arzularımı və gələcək fəaliyyətinizdə davamlı uğurlar arzulayıram. Sizi əmin etmək istəyirəm ki, biz sizi Gürcüstanda görməyə həmişə şad olacağıq!

Bir daha, xanım səfir və əziz dostlar, bu çox mühüm bayram münasibətilə təbriklərimi qəbul edin. Qoy sülh və firavanlıq həmişə böyük Amerika xalqının üstündə olsun!


Allah Amerikanı qorusun! Allah Gürcüstana rəhm eləsin!”,
- deyə baş nazir bildirib.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google