Herçinski: Ümid edirik ki, konsensus olacaq və hamı Avropaya inteqrasiya istiqamətində birgə çalışacaq

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski konsensusun vacibliyindən danışıb və qeyd edib ki, seçkilər böyük enerji və diqqət tələb etməsinə baxmayaraq, siyasi partiyalar 9 addımı yerinə yetirmək üçün birgə çalışmalıdırlar.


“Oktyabrda böyük enerji və diqqət tələb edən seçki olsa da, paralel olaraq bütün siyasi partiyaların 9 tövsiyənin hamısını həyata keçirmək üçün əlindən gələni etməsi vacibdir. Bu,
iqtidar tərəfindən inklüziv prosesin təmin edilməsi və müxalifətə prosesdə iştirak imkanının verilməsi deməkdir.

Müxalifət tərəfdən konstruktiv yanaşma tələb olunur. Vətəndaş cəmiyyətinin iştirakı da bizim üçün vacibdir. Ona görə də ümid edirik ki, seçki kampaniyasına baxmayaraq, konsensus olacaq və hamı Avropaya inteqrasiya istiqamətində birgə çalışacaq”.

Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google