Ermənistanın Gürcüstandakı səfiri
Ruben Sadoyan bu gün, 27 iyun tarixində Marneuli Bələdiyyəsində
etnik ermənilərin məskunlaşdığı kəndlərdə görüşlər keçirib.
Gürcüstan vətəndaşı olan etnik ermənilərlə görüş erməni dilində
gedir və görüşdə Marneuli Bələdiyyəsinin mer vəzifəsini yerinə
yetirən Zaur Tabatadze və Bələdiyyə Məclisinin sədri Amiran
Qiorqadze iştirak edirlər.
Marneuli Bələdiyyəsinin mer vəzifəsini yerinə yetirən görüş gedən
zaman erməni dilindən ona aydın olan hər hansı dilə tərcümə tələb
etdi. Görüş iştirakçılarından biri isə replika olaraq
ona dedi ki,
tərcümə məsələsini özləri həll etməli idilər, Ermənistanın
Gürcüstandakı səfiri Ruben Sadoyan Marneuli merinin vəzifəsini
yerinə yetirən və bələdiyyə məclisinin sədri üçün tərcüməçini öz
komandasından ayırdı.