Marneuli bələdiyyəsinin Axlımahmudlu və Qayaqocalı kəndinin
sakinləri Axlımahmudlu kəndində yerləşən qəzalı vəziyyətdə olan
məktəbdə təhsil alırlar.
Məktəb binası Axlımahmudlu kəndinin mərkəzində yerləşir. Məktəb
binası Sovet dönəmində inşa olunub.
Məktəbin həyətinə daxil olanda ilk qarşılaşdığın rəngi solmuş
dövlət bayrağını və N. Nərmanovun təhsil haqda söylədikləri
tabloyla qarşılaşırsan. Bina bir mərtəbədən ibarətdir. Məktəbin daş
örtüklü divarından başqa demək olar
ki, dam örtüyünün dirəkləri,
tavan, döşəməsi, qapı və pəncərələri və məhəccərləri
taxtadandır.
Məktəb binasının istifadə olunmayan otaqlarda isə demək olar ki,
döşəmə yoxdur. Döşəmə olan yerləridə isə qəzalı vəziyyətdədir. Kənd
sakinlərinin sözlərinə görə məktəb binası 50-60-cı ilərdə tikilib.
Həmin dövrdə Araflı, Axlımahmudlu və Qayaqocalı kəndinin uşaqları
burda təhsil alırdılar. Araflı kəndində yeni məktəb binasının
tikilməsindən sonra həmin kəndin şagirdləri də ora köçürülüb.
Sakinlərin sözlərinə görə müstəqillikdən sonra məktəb natamam orta
məktəb kimi fəaliyyət göstərib. Fəaliyyət göstərdiyi müddətdən
sonra məktəb öz fəaliyyətini dayandırıb. Sakinlər onu da əlavə
etdilər ki, onlar etiraz edərək aidiyyatı orqanlara müraciət
ediblər və bundan sonra məktəb 8 ilik olaraq fəaliyyət
göstərir.
Biz məktəb direktoru İsmayıl Fərəcovla əlaqə saxladıq. O, bizimlə
söhbəti zamanı bildirdi ki, adlarını çəkilən kəndlərin məktəbləri
bəzi səbəblərə görə Araflı məktəbinin balansına keçirilib.
Hal-hazırda Axlımahmudlu kəndində fəaliyyət göstərən məktəb binası
köməkçi bina kimi fəaliyyət göstərir.
Məktəb direktorunun sözlərinə görə Axlımahmudlu kəndində müstəqil
şəkildə fəaliyyət göstərməsi üçün yeni məktəb binasının tikilməsinə
ehtiyac var.