Ətraf Mühitin Mühafizəsi və Kənd
Təsərrüfatı Nazirliyinin Ətraf Mühit Milli Agentliyi əhaliyə
gözlənilən yüksək hərarət ilə bağlı xəbərdarlıq edir.
Agentliyin məlumatında bildirilir ki, əhali lazım olmadığı halda
günəş altında gəzməsinlər və özləri ilə su və cib dəsmalı
gəzdirsinlər.
Marneuli ərazisi də yüksək istilərin qeydə alındığı bölgələrdən
biridir. Marneuli mağazaların birindən evi üçün ventilyator alıb
aparan şəhər sakini
qarşımıza çıxdı. O, bildirdi ki, evində azyaşlı
uşaq olduğuna görə evi sərinlətmək üçün alıb.
Şəhərdə fəaliyyət göstərən texnika satışı ilə məşğul olan
mağazalardan maraqlandıq kı, son günlər sakinlər evlərini soyutmq
üçün hansı avadanlıq alırlar və gün ərzində nə qədər texnika satışı
həyata keçirirlər. Marneulidə fəaliyyət göstərən mağazalardan
birinin satıcısının sözlərinə görə, istilərlə əlaqədar olaraq
kondisioner və ventilyator üçün müraciət edənlərin sayında artım
müşahidə olunur.
Marneuli küçələrində taksi sürücüləri avtomobildə oturaraq müştəri
gözləyirlər. Onlarla söhbətmiz zamanı bildirdilər ki, istidə
müştəri gözləmək məcburiyyətindədilər.
Onu da əlavə edək ki, Marneulidə fəaliyyət göstərən texnika satışı
ilə məşğul olan mağazalarda kondisioner və ventilyatorun qiyməti
növlərinə görə dəyişir. Ventilyatorların qiyməti 30 laridən 70
lariyə kimidir. Kondisionerlərin qiyməti isə otağın sahəsinə görə
dəyişir. Komdisionerlərin qiyməti 700 laridən başlayır.