Marneulidə təbii fəlakət nəticəsində dəyən zərər hələ də
hesablanmayıb. Bu haqda bizimlə söhbət zamanı Marneulinin mer
vəzifəsini yerinə yetirən Zaur Tabatadze bildirdi və dedi ki,
indiki mərhələdə yenə də işlər davam edir.
Müvafiq qruplar hadisə yerinə gedir və zərəri bu günə qədər
hesablayırlar. Protokolun uzadılmasına isə ikinci fəlakət səbəb
olub və onlardan yardım almaq üçün ərizələr
gec daxil olub.
“İşlər davam edir, Sonralar da ərizələr daxil oldu,
işçi qrup dəymiş zərəri müəyyən edir. Çünki 2 iyundan bir müddət
sonra da baş verdi və müvafiq olaraq, sonra da ərizə daxil oldu.
İmkan daxilində kömək edirik” – deyə Zaur Tabatadze
bildirdi.
Zaur Tabatadze deyir ki, indiyə kimi hesablanan zərər elə də böyük
deyil. Zərərçəkənlər isə təqribən 50 ailə olacaq. Marneulidə
2018-ci ildə təbii fəlakət artıq 2- dəfə baş verib. İlk dəfə 2
iyunda ikinci dəfə isə 16 iyunda. Hər ikisində də əhaliyə
Yağlıcadan gələn su zərər vurub.
Marneulidə böyük miqdarda yağan yağış nəticəsində evlərə, ticarət
obyektlərinə su doldu. Yollarda arxlar bir neçə yerdə asfalt qatını
qaldırdı. Xüsusən Vaja-Pşavela və Ağmaşenebeli küçələri zərər
çəkdi.
Zərərin hesablanmasını isə bələdiyyədə yaradılmış xüsusi zərəri
hesablayacaq komissiya həyata keçirir.