Marneulili oğlan NBA ulduzu Zaza Pançulia ilə birlikdə oynayacaq

Marneulili basketbolçu Laşa Şermazanaşvili yenə NBA ulduzu Zaza Pançulia ilə birlikdə “Streetball” oynayacaq.


Laşa “Gulf Georgia”-nın layihəsində yenidən iştirak edib. O, öz basketbol bacarıqlarının əks olunduğu videonu çəkib və facebookda bəyənmə sayına görə Zaza Pançulia ilə oynayacaq 5 gənc arasına düşməyi bacarıb. Daha 5 gənci isə NBA ulduzu özü seçəcək.

Laşa bizimlə söhbətində dedi ki, Pançulia ilə birlikdə oynamaq onun üçün çox mühümdür. Çünki o, bunun vasitəsilə öz bölgəsini təmsil edir.

“Zaza ilə oynamaq o baxımdan yaxşıdır
ki, mən Marneulidənəm və Marneulinin adı ilə iştirak edirəm, onları bizim rayondakı vəziyyətlə tanış edəcəyəm. Pis olmayacaq və fikrimcə Marneulidə də basketbolun olduğu və bunun inkaşf etdirilməli olduğuna heç kəs biganə qalmayacaq”,
– deyə Laşa Şermazanaşvili bildirib.



Şermazanaşvili özünü gələcəkdə basketbol klublarından birində görür və Marneulinin adı ilə peşəkar basketbol oynaya bilməyəcəyi üçün kədərləndiyini bildirir. Laşa Marneulidə basketbolu inkişaf etdirmək istəyir və deyir ki, Marneulinin adı ilə oynayacaq basketbolçuların yetişməsini istəyir.

“Gulf Georgia”-dan bildirdilər ki, “Zaza ilə oyna” layihəsinin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliğ olunmasıdır.

Laşa və daha 9 gənc NBA ulduzu ilə bu gün, 23 iyul tarixində axşam saat 7-də Zaza Pançulia adına basketbol meydançasının açılışında oynayacaqlar.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər