Temur Abazovun vəkilləri baş prokuror Şalva Todumadzeyə xahişlə müraciət ediblər ki, Abazovun işinin araşdırmasını şəxsi kontrolu altına alsın
Temur Abazovun vəkilləri baş prokuror Şalva Todumadzeyə xahişlə müraciət ediblər ki, Abazovun işinin araşdırmasını şəxsi kontrolu altına alsın.
Bu haqda bəyənatı Abazovun vəkilləri Qaqi Mosiaşvili və Merab Çikovani bu gün baş tutan mətbuat konfransında bidiriblər. Vəkillər həmçinin, izah edirlər ki, Temur Abazov günahsızdır və ona qarşı provokasiya aparılıb. İşin obyektiv araşdırılmasından sonra isə ümid edirlər ki,
Abazov Marneuli merinin vəzifəsinə qayıdacaq.

Merab Çikovaninin bəyənatına görə, onlar şübhə edirlər ki, Abazovun işində zərərçəkən statusu daşıyan Elçin Allahverdiyev kimin üçünsə çalışırmış, ancaq hansı məqsədlə olduğu onlara məlum deyil.

“Güman edə bilərik ki, o, müəyyən qrupların tapşırığını yerinə yetirirdi. Müdafiə tərəfi çalışır ki, həmin qrupları aşkarlasın. Sübutlar tapılan halda isə bu haqda cəmiyyətə tam məlumat verəcəyik”, - bildirdi vəkil Merab Çikovani.

Temur Abazovun daha bir vəkili Qaqi Mosiaşvili deyir ki, müdafiə tərəfinin qorxusu var k, prokuror tərəfindən Abazovun cəzasının qəsdən ağırlaşdırılması olmasın. Çünki onlar məhkəməyə vəsatətlə müraciət ediblər ki, 6 avqustda baş tutmalı olan məhkəmə prosesi təxirə salınsın. Bunun səbəbi olaraq isə sübutların tapılmasını qeyd ediblər.

Qaqi Mosiaşvili eləcə də bildirdi ki, müdafiə tərəfi istintaq aparıb və müəyyən edilib ki, Temur Abazov Marneuli rayonunda rüşvət və nepotizmlə mübarizə aparırmış. Buna görə də müəyyən şəxslər onunla mübarizə aparırmışlar. Onun sözlərinə görə, Abazovla qarşıdurmaya çıxan şəxslər Marneulidə öz qüvvələrini daha da gücləndirmək istəyənlərdir. Vəkilin sözlərinə görə, Abazovun saxlanılmasına fiziki qarşıdurma da səbəb olub.

“İki ay ərzində istintaq orqanı təqdim olunan ittihamla bağlı sübutlar tapa bilmədi. Prosesi aparan orqan bu iki ay ərzində Temur Abazova qarşı hansısa təsdiqlənmiş arqument təsdiqləyə bilmədi. Şahidlərin ifadəsi ilə də Abazovun bunu törətdiyini təsdiqləyə bilmədilər. Ona görə də müdafiə tərəfində müəyyən qorxu da yarandı ki, istintaq orqanı tərəfindən səhv, yalançı şahidlərin izi ilə Abazovun cəzasının ağırlaşdırılması baş verməsin.

Biz merlik müddətində Abazovun məşğuliyyəti ilə, merlik dövründə onun mer olmasını istəməyən şəxslərin onunla mübahisəsinin olub olmaması ilə maraqlandıq. Məlum oldu ki, Abazov mer olduqdan sonra rüşvətlə və nepotizmlə mübarizəyə başlayıb. Bu sorğuda iştirak edən adamların mövqeyidir. Həmin adamların məlumatına görə, bütün qərarların qəbul edilməsi mer tərəfindən qanun çərçivəsində baş verirmiş. Bu vəziyyətdə merlə çox qarşıdurmalar ola bilərdi. Bizim məlumatımız var ki, onunla Marneulidə öz qüvvələrini mobilləşdmirək istəyən müxtəlif qruplar qarşıdurmaya çıxıbmış. Bizim araşdırdığımız məlumata görə müəyyən olundu ki, bu provokasiyaya qədər bir neçə müddət əvvəl Abazova qarşı fiziki təhqir həyata keçirilib. Bu
istiqamətdə də çalışmalarımızı davam etdiririk. Müdafiə tərəfi araşdırır ki, kimlə və niyə fiziki təhqir baş verib. Biz istisna etmirik ki, bu vəziyyətə fiziki təhqir bu vəziyyətə səbəb olub”, - bildirib Qaqi Mosiaşvili.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər