"Təəssüf ki, biz fikirləşirik ki, biz onların xidmətçiləriyik, onlar bizim yox.” – Qiorqi Mumladze hakimiyyət və xalq münasibətləri barədə

“Vətəndaşlar və dövlət arasında bağlanan müqavilə” – bu mövzuda bu gün 24 iyul tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində İlia Dövlət Universitetinin hüquq məktəbinin konstitusional tədqiqatlar mərkəzinin tədqiqatçısı və dəvət olunmuş lektor Qiorgi Mumladze ictimai leksiya keçirdi.

Qiorgi bizimlə söhbət zamanı dedi ki, gənclərlə dövlətin müasir anlayışı, demokratiyanın əhəmiyyəti və vətəndaşların və dövlətin bərabərhüququluluğu mövzusunda danışdı.

“İnsanların yerli
özünüidarə məsələlərində, istər də mərkəz səviyyəsindəki məsələlərin həll olunmasında iştirakı halları çox nadirdir. Çünki onlar fikirləşirlər ki, dövlət real həqiqətdən uzaq anlayışdır və onlar hər zaman öz taleyi ilə barışmalıdırlar və onun xoş olmasına ümid etməlidirlər. Əslində isə tam əksinədir. Biz bizim seçdiyimiz adamları məcbur etməliyik ki, onlar vəzifələrini yerinə yetirsinlər. Təəssüf ki, biz fikirləşirik ki, biz onların xidmətçiləriyik, onlar bizim yox”
– Qiorqi Mumladze dedi.



Qiorgi Mumladze həmçinin, qeyd etdi ki, biz dövlətin nə olduğunu bilsək və biz dövlət üçün nəyi əks etdiririk – bu halda dövlətdə də daha yaxşı siyasi vəziyyət olacaq və adamlar qərar verməkdən təcrid olunmayacaqlar.

İctimai leksiya “fəal vətəndaşlar məktəbi” çərçivəsində keçirildi. Layihəni özünü inkişaf universiteti həyata keçirir. Özünü inkişaf universitetinin təsisçisi Rəşan Ziyadəliyevin sözlərinə görə, layihənin məqsədi Kvemo Kartli regionunda etnik azərbaycanlıların mülki cavabdehliyinin artırılması və aktivləşdirlməsidir. “Fəal vətəndaşlar məktəbi” iki ay ərzində davam edəcək və onun çərçivəsində müxtəlif ictimai leksiyalar və təlimlərin keçirilməsi planlaşdırılır.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər