Böyrək xəstələrinə dərman preparatının alınması üçün xeyriyyə aksiyası keçirilir

Böyrək çatışmamazlığından əziyyət çəkənlər üçün Gürcüstan Azərbaycanlıları Əlillər Assosiasiyası dərman preparatının alınması üçün xeyriyyə aksiyası keçirir.

Xeyriyyə aksiyası zamanı təşkillatda qeydiyyatdan keçən 200 nəfər böyrək çatışmamazlığından əziyyət çəkən əlillərin, dialez olunan xəstələrin dərman peraparatının alınması üçün vəsaitin toplanması həyata keçirilir.

Toplanan vəsait bir aylıq müalicə üçün istifadə olun 750 mg Calciumacetat-Nefro (200 tab) dərman preparatının alınmasına sərf olunacaq.
Həmin dərmanın qiyməti 75 laridir. Bu haqda məlumatı Gürcüstan Azərbaycanlıları Əlillər Assosiasiyasının sədri Rövşən Əliyev verir. Onun sözlərinə görə Gürcüstanda yaşayan hər bir vətəndaş bütün mobil operatorlardan 090 120 01 15 nömrələrinə zəng vurub köməklik göstərə bilərlər. Zəngin qiyməti 1 laridir.



Gürcüstan Azərbaycanlıları Əlillər Assosiasiyası 2012-ci ildə Ədliyyə Evindən rəsmi olaraq qeydiyyatdan keçib və bu günə qədər 2000 nəfərə yaxın müxtəlif qrupa aid olan əlillər təşkilatdan qeydiyyatdan keçib.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər