Marneuli və Bolnisidən olan gənclər "Qdansk Biznes Həftəliyi"ndə gürcü mahnısı oxudular
Marneuli gəncləri “Qdansk biznes həftəliyi”ndən qayıdıblar. Laida Kərimova və Ani Nozadze Polşanın Qdansk şəhərində keçirilən biznes həftəliyində Marneulini təmsil ediblər. Onların dediyinə görə, həftəlik çərçivəsində müxtəlif təlim-seminarlarda iştirak ediblər və Boeing, Apple, Microsoft, Invest GDA və s. kimi şirkətlərin nümayəndələri ilə görüşüblər.

“Çox həyəcanlıyam, indi də hamıya orada olanlardan danışıram. Təşkilatçılar da, ən əsası bizimlə birgə iştirak
edən uşaqlar da yaxşı idilər. Ukraynadan və Polşadan da uşaqlar var idi. Hamısı çox mehriban və səmimi idilər. Və məndə ən yaxşı təəssüratı bu yaratdı”,
- Laida Kərimova dedi.

“Belə imkan bir də əlimizə düşəcək ya yox. Lakin hər şey çox yaxşı idi. Çünki böyük biznesmenlərlə görüşürdük və çox şeylər öyrəndik”, - Ani Nozadze qeyd etdi.



Ani və Laida Marneuli Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən “Red Carpet” instrumental qrupunun üzvüdürlər. Aninin dediyinə görə, “Qdansk Biznes Həftəliyi” ilə bağlı ən yaxşı xatirələri onlar tərəfindən gürcü mahnısı ifa olunmasıdır.

“Biz Gürcüstanlılar gürcü mahnısı ifa etdik və bu onlarda çox güclü emosiya yaratdı. Sözlərini başa düşüb düşmədikləri mühüm deyil, yenə də ağlamağa başladılar”, - Ani Nozadze bildridi.





“Qdansk Biznes Həftəliyi”ndə Gürcüstan miqyasında cəmi 6 nəfər iştirak edib. Ani və Laidadan başqa Poşaya 4 Bolnisili gənc də gedib.

“Qdansk Biznes Həftəliyi” gənclərdə istehsalatçı vərdişlərinə nail olmaq üçün təşkil olunmuş yay düşərgəsidir. Biznes həftəliyi Qdansk meriyası və “Qdansk Sahibkarlar Assosiasiyası”, “Fərdi Sahibkar Təhsili”nın birgə təşkilatçılığı ilə keçirilir.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər