“Beynəlxalq şəffaflıq – Gürcüstan” Parlamentin monitorinqi
çərçivəsində 18 noyabr 2016-cı ildən 31 dekabr 2017-ci ilədək dövrü
əhatə edən IX çağırış Parlamentin fəaliyyətinin dəyərləndirməsiilə
bağlı araşdırmanı təqdim edir.
Alt başlıqlardan biri Parlament üzvlərinin fəaliyyətinə həsr
olunub.
Təşkilat Parlament üzvlərinin fəaliyyətini 3 meyara görə
dəyərləndirib:
- Parlament üzvünün plenar iclaslarda çıxışlarının tezliyi;
bəyanat verilməsi, sual verilməsi, qanun layihəsi və digər müzakirə
olunan məsələlərlə bağlı fikrini bildirməsi
- Parlamentin üzvlərinə verilmiş qanunverici təşəbbüs təqdim etmə
hüququndan istifadə
- Parlament üzvü tərəfindən qanun layihəsi ilə bağlı öz
qeydlərinin bildirilməsi
Araşdırmaya əsasən Azər Süleymanov Marneulidən seçilmiş deputatlar
arasında qanunverici təşəbbüs hüququndan iki dəfə istifadə etmiş
yeganə deputatdır.
Hesabat dövründə Ruslan Hacıyev, Tamaz Naveriani, Azər Süleymanov
və Mahir Dərziyev plenar iclaslarda çıxış etməyiblər.
Qeyd olunmalıdır ki, bu deputatların heç biri qanun layihəsi ilə
bağlı öz qeydlərini bildirməyiblər.
Araşdırmanın hesabat dövrü ərzində Marneulili deputatlardan yalnız
Azər Süleymanov ezamiyyət üçün vəsaitdən istifadə edib. O, cəmi iki
dəfə ezamiyyətdə olub və bunun üçün dövlət büdcəsindən 818 lari 34
tetri xərclənib.