Marneulinin 5 saylı və Şaumiyani məktəbinin uğurlu şagirdlərinə meriya pul mükafatı verəcək
Üç nəfər gəncə təhsildə qazandığı uğura görə pul mükafatı veriləcək. Marneuli bələdiyyəsinin Şaumiyani 1 saylı ictimai məktəbinin 11-ci sinif şagirdi Milena Adamiani, intellekt-çempionat "Etalon"un finalında 2-ci yeri qazanıb.
Marneuli bələdiyyə məclisi aparatının rəhbəri Nino Beridzenin sözlərinə görə, Milenanın uğuru bütün Marneulili şagirdlər üçün stimul vericidir. Çünki o, göstərdi ki, keyfiyyətli təhsil almaq hər cür şəraitdə mümkündür.
Məhz ona görə də meriya qıza 500 lari verməyə qərar verib.

Marneuli beş saylı ictimai məktəbini cari ildə iki qardaş qızıl medala bitirib. Ona görə də yerli özünüidarəetmə əkizlərə pul mükafatı verməyə qərar verib.

Qeyd olunan qərarı Marneuli bələdiyyə məclisi bu gün 25 iyul tarixində baş tutan iclasda qəbul edib.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər