"Avropa Çantada" - Marneulidə insan hüquqları baxımından səkkiz ölkədə siyasi və sosial vəziyyət müzakirə edilib

Bu gün 26 iyul tarixində Marneuli Mülki Məşğulluq mərkəzində insan hüquqları barədə müzakirə keçirilib.


Səkkiz nəfər gənc siyasi ekspert və Gürcüstan, Azərbaycan, Ermənistan, Ukrayna, Türkiyə, Almaniya, Serbiya və Xorvatiyadan olan qeyri-hökumət təşkilatları nümayəndələri Gürcüstanın 5 bölgəsində görüşlər keçirilər və sakinlərə öz ölkələrində insan hüquqları baxımından mövcud problemlər barədə məlumat verirlər.

Marneuli də Gürcüstanın həmin beş
bölgəsindən biridir. Ukrayna nümayəndəsi bu gün Marneuli sakinlərinə Ukraynada mövcud siyasi və sosial vəziyyət barədə məlumat verdi və Ukraynada təhlükəsiz mühitin yaradılması üçün hakimiyyətin rolu, LGBTQ nümayəndələrinin çağırışları və s. barədə danışdı.

Çexiya nümayəndəsi Marko Ravliçin bizimlə söhbəti zamanı bildirdiyinə görə, bu layihə müxtəlif ölkə nümayəndələrinin öz ölkələrində olan problemləri bir-biri ilə bölüşməsi üçün yaxşı imkandır.

“Biz çalışmalıyıq ki, bu problemlərin həlli yollarını tapaq. Əgər biz Xorvatiyada vəziyyəti dəyişsək, Gürcüstan da bu problemin həlli yolunu nümunə götürə bilər, və ya əksinə”, - deyə Marko Ravliç bildirib.

Marko onu da qeyd etdi ki, görüşlərdə söhbət açılan problemlər demək olar ki, bütün ölkələrdə təxminən eynidir.

Görüşlərdə həmçinin insan hüquqları – dövrümüzün çağırışları ilə uyğunlaşma, fundamental hüquqa dəstək və hüquqlar uğrunda mübarizə, insan hüquqlarının əsas tendensiyaları və təhlükələr, məxfilik hüququ – təhlükəsiz mühit və yeni biznes modelləri fonunda hakimiyyətin rolu, Balkan ölkələrində dini müxtəliflik fonunda insan hüquqları, “Məxməri inqilab”dan sonra bugünkü tendensiyalar və milli azlıqların hüquqlarının qorunması sahəsindəki çağırışlar, insan hüquqlarının qorunmasında dövlətin məsuliyyəti – söz azadlığı – hüquq yoxsa üstünlük, Almaniya təcrübəsinin nümunələri əsasında korporativ-sosial məsuliyyət və insan hüquqlarının pozulması kimi məsələlər də müzakirə olunacaq.

“Avropa çantada” layihəsi “Azadlıq Naminə Fridrix Numan Fondu”nun Cənubi Qafqaz nümayəndəliyi tərəfindən həyata keçirilir.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər