Marneulinin mərkəzi meydanında kanalizasiya borusu sıradan çıxıb

Marneuliyə daxil olan kimi ilk olaraq bəzən işləyən, bəzən isə dayanmış saatlı fəvvarə ilə qarşılaşırsan.

Tbilisidən Bolnisi, Ermənistan, Azərbaycan və ya Marneulinin kəndlərinə gedən hər kəs məhz bu fəvvarə ətrafına dolanmalı olur. Fəvvarənin ətrafında yanacaqdoldurma məntəqələri, ticarət obyektləri, polis idarəsi, ədliyyə evi və Marneulinin mədəni mərkəzlərindən biri “Çay Evi” var.

Gün ərzində buradan çox sayda insan
keçir. Bir həftədir ki, ədliyyə evi və ya ticarət mərkəzinin qarşısından keçən insanlar burunlarını tutaraq addımlarını sürətləndirməyə məcburdurlar. Buna səbəb isə meydandan keçən kanalizasiya xəttidir.



Marneuli meriyasından bildirdilər ki, kanalizasiya borusunun sıradan çıxdığı ərazi “Spar” ticarət mərkəzinə aiddir. Onlar artıq müvafiq xidməti çağırıblar və kanalizasiyanın bərpasına sabahdan – 28 iyul saat 11:00-dan başlanacaq.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər